
Xəbərlər
16.04.2023, 00:07
"ÖLÜMÜNDƏ QÜRUR VERDİ RƏŞADA, SEVƏNLƏRİN NƏ QƏDƏRMİŞ, AY ATA !" RƏŞAD ƏHMƏDLİ. -FOTOLAR
"ÖLÜMÜNDƏ QÜRUR VERDİ RƏŞADA,
SEVƏNLƏRİN NƏ QƏDƏRMİŞ,AY ATA!"
SEVƏNLƏRİN NƏ QƏDƏRMİŞ,AY ATA!"
RƏŞAD ƏHMƏDLİ.
Mən bu yazının ilk hissəsin düşüncələrim üzərində başlayanda, başlığa çıxardığım bu iki misradan nə xəbərim vardı, nədə oxumuşdum. Sadəcə düşüncələrimi yazandan bir gün sonra birliyin qrupunda paylaşılması diqqətimi çox çəkdi. İçimdəki hisslərdə nə qədər haqqlı olduğumu bir daha yəqinləşdirdim...
HİSSLƏRİM.
Həmişə belə olmuşam. Lap uşaqlıqdan. Doğulub, boya-başa çatdığm kəndin insanlarına kənardan göstərilən hörmət və ehtiram gördükdə, nə olmasından, hara olmasından aslı olmayaraq, həmişə qəlbimdə qürur yaranıb. Bu qürur acılar içində olsa belə, bu halı məndən uzaqlaşdırmayıb. Hətta bu xasiyyətimə görə qınanımışam, bəzilərinin münasibətin mənə qarşı belə dəyişsə də, bu vərdişimdən əl çəkməmişəm. Daha doğrusu məndən aslı olmadan belə qüruru yaşamışam. Belə bir zamanda məni qınayanlara, eqoistlikdə günahlandıranlara bir mövqe sərgiləmişəm. Əvvəl evimin içi, sonra çölü. - "Əgər mən özümə, özümünkinə hörmət qoymasam, mənim başqasına qoyacağım hörmət ya süni, ya da maraq xatirinə olacaq". Bunu, bu cür beyinimdə formalaşdıraraq aforizmə bənzər bir ifadə də dostlara söhbətimdə də eşitdirmişəm. " Kənddən, rayona gələndə, gözüm kəndçilərimi axtarıb. Rayondan başqa yerə gedəndə gözüm rayonlularımı, bölgəmin insanlarını, ölkədən kənara çıxanda, təmsil olunduğum millətin nümayəndəsin axtarıb."
Bu cür düşüncə, bu gündə, kəndçim, çox gec görüşüb yaxından ünsiyyət qurduğum, "AĞSU YAZARLAR" ƏDƏBİ BİRLİYİNİN ağsaqqal üzvü, gözəl qəlbli insan, müəllim, şair Abbasəli Misir oğlu Əhmədovun 3 mərasimində, görüb , müşahidə etdiyim hüzünlü anımda belə mənim içimdə qürur yaratdı. Özümdən aslı olmadan, gördüklərimdən qürurlandım, ruhən özümdə bir rahatlıq hiss etdim.
Uzun müddət taleyin qismətimizə yazdığı "ayrılığın" acısını, "Ağsu Yazarlar" Ədəbi Birliyinin yaradılmasından sonra canımızdan yeni-yeni çıxarırdıq. Hər ikimiz bu anmıza görə Yaradanmıza şükürlər edib, internet və telefon vasitəsilə əlaqələrimizi saatlarla davam etdirirdik. Arzular qurub, havaların istiləşməsini gözləyirdik...
"Ağsu Yazarlar" Ədəbi Birliyinin ilk toplantısında, birliyin yaradıcısı, gözəl şair, pedaqoq, ictimai xadim, hüquq elimi üzrə elmlər namizədi Raqif Nazimoğlu təkidlə Abbasəli müəllimi özü üçün qoyulmuş yuxarıbaaşdakı stolda oturdması mənim gözümdən yayınmadığı kimi, qəlbimə yayılmış məlhəm dolu qüruru hər an xatırlayıram. Abbasəli müəllimin böyüklüyünü, ona göstərilən ehtiramın içində nə qədər mükəmməl olduğuna bir daha əmin oldum. Bu andan sonra müxtəlif yerlərdə, müxtəlif vaxtlarda Abbasəli müəllimnən görüşüb söhbətlər etdik. Bu insanı dinlədikcə, düşüncələrində yaranan suallarına obrazlı cavab aldıqca nə qədər xoşhal olmuşdum. Elə böyük arzularım var idi ki, onunla növbəti görüşlərimizin birində ürəyimdə tutduğum...?
Bu acı xəbəri eşidəndə ilk ağlımdan keçənləri, ürək ağrısıyla yazdım...
YARIMÇIQ DÜYÜNLƏNƏN ÜMÜDLƏRİM...
O qədər bu dünyaya qarşı ittihamlar, iradlar, üsyan dolu kəlmələr işlətmişik, qarğışlar yağdırmışıq...
Nə dünya bizi eşidib, nədə ona bu işdə ən çox kömək edən, bəlkədə ən çox günahkar sayılmalı Fələk, heç bizə tərəf belə çevrilib baxmayıb...
Nə qədər insanın qanın dondurub, qəlbinə qübar salıb, arzuların yarımçıq qoyub...?
Nə qədər insanın ümüdlərin, qurduğu xəyalların iplərini yarımçıq düyünlətdirib...?
Uşaqlıq arzularımın xəyalların qura-qura Abbasəli müəllimlə o qədər telefon söhbətləri etmişdik. Havaların istiləşməsini gözləyirdik. Müəyyən söhbətlərimiz olmuşdu qarşıdakı aylarda görüşümüz üçün...
İşdən yenicə gəlmişdim. "Ağsu Yazarlar" Ədəbi Birliyinin qrup halında vatsap paylaşmasında, birliyin üzvü, gözəl şairəmiz Sədayə Arzunun, birliyimizun ağsaqqalı, dəyərli məsləhətləri ilə hamımızın sevimlisinə çevrilmiş Abbasəli müəllimin dünyasını dəyişməsi xəbərini oxudum. Bir anlq nə edəcəyimi bilmədim. Bir, bir birlik üzvlərinin kədər dolu başsağlıqlarını gözdən keçirdiyim. Ani olaraq xatirələrim yaddaşımda çözələndi...
Abbasəli müəllim, Şamaxı Pedaqoji Texnikumunda təhsil alıb, müəllim peşəsinə yiyələnərək təyinatla kənddən çıxanda mənim 12-13 yaşım vardı. Ümumiyyətlə, o dövürlərdə təhsil alanlar mənim üçün dəyərli biriləri olub. Elə bu üzdən Abbasəli müəllimi uşaqlıq xatirələrimdə yığıb saxladığım kimi təsəvvürümdə həmişə canlandırmışam...
İllər sonra "Ağsu Yazarlar" Ədəbi Birliyinin yaradılması və birliyə üzv olmağımız, təmasımızı daha da çoxaldaraq, canlı etməsi hər ikimizin ürəyincə idi. Yığıncaqlarda görüşlərimiz, ara vaxtlarda telefon əlaqələrimiz, ömrümüzdən silinib getmiş kənd həyatının o gözəl günlərinin elə bil ki, qisasın alırdıq. Saatlarla danışsaq da, yenə ehtiyacımız yaranırdı bu xoş təmasa. Qəlbi Allah sevgisi ilə dolu olan bu insana, - "İnşəallah havalar açılsın, oturub bir xeyli söhbət edərik" - istəyimə, "Allah qoysa" - deyib, böyük ümüdlə o günlər üçün yaşayırdım...
Ağsu rayonun Ləngəbiz kəndində dünyaya göz açan Abbasəli Misir oğlu Əhmədov şərəfli müəllim peşəsinə yiyələndikdən bir müddət sonra, ali təhsil alıb, yüzlərlə şagirdin öyrədilməsində, təlim - tərbiyyəsində böyük xidmətləri olub. Dövlət tərəfindən bu xidmətləri qiymətləndirilib. Bu xoş hal idi ki, bir vaxtlar şagirdi olmuş Rasim Hüseyinzadə, illərlə onunla çiyin-çiyinə işləyib, bu gün, həmin təhsil ocağının direktorudu...
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Abbasəli müəllimin dövrü mətbuatın səhifələrində şeirləri, publisistik yazıları çox çap olunub.
Abbasəli müəllim üçün qəlbimdə qurduğum ümüdlərimin ucun düyünləyib, o gözəl İNSANA Allahdan rəhmət diləyib, məkanın cənnət, ruhun şad olsun deyirəm...
XÜSUSİ QEYD :- Bu yazının ilk hissəsin, üç mərasimindən qayıdıb gələndən sonra yazmışdım. Məclisdə gördüklərim, orada iştirak edənlərin rəhmətlik Abbasəli müəllim haqqında eşitdiklərim, göstərilən ehtiramın qəlbimdə yaratdığı qüruru görüb, ruhən rahatlamışdım. Birliymizin paylaşmalarını gözdən keçirəndə rəhmətlik Abbasəli müəllimin ciyərparası, birlikdə hamının sevimlisi olan şair Rəşad Əhmədlinin acılar içində ürəyindən süzülüb gələn bir şeiri, mənim düşündüklərimin nəzim forması idi. Ürəyim o qədər rahatlandı...
Yazının başlığına elə həmin şeirdən iki misranı seçməklə, ürəyimin rahatlığını hiss etdim...
ALLAHIN RƏHMƏTİ ÜZƏRİNDƏ OLSUN ABBASƏLİ MÜƏLLİM, RUHUN ŞAD OLSUN...
"Ağsu Yazarlar" Ədəbi Birliyin üzvləri adından,
Dərin hörmət və ehtiramla,
Elxas Comərd.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













