Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dövlətçiliyə dair fonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin 2025-ci il üzrə birinci buraxılışını təqdim edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, virtual sərgi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi günə həsr olunub.

Sərgilənən nəşrlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu, cəsarətli tədbirləri və düşünülmüş siyasəti nəticəsində respublikada baş verən dərin sosial-iqtisadi dəyişikliklər, yenidənqurma işləri elmi cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapıb. Azərbaycan və rus dillərində təqdim olunan nəşrlərdə şanlı Zəfər tariximizi əhatə edən kitablar, ən qədim dövrlərdən zəmanəmizədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb.

Bunların sırasında “Heydər Əliyev: Şəxsiyyətin miqyası və missiyası”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “Heydər Əliyev: Yenilikçi düşüncəyə malik siyasətçi (1969-1982)”, “Tarixlərdən boylanan ömür”, “Azərbaycanın zəngin mədəniyyəti var: Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları”, “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil: monoqrafiya”, “Zəfər tariximizin fatehləri”, “İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər”, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar. I Cild” və digər əsərlər mövcuddur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF formatında yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

Son xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031