
Xəbərlər
8.07.2025, 12:47
Arif Musa : Daha yolunu dəyişmə - FOTO
Daha yolunu dəyişmə
Yolunun üstündə ağac deyiləm,
Keçib uzaqlara gedə bilərsən.
Böyük ümidlərin sorağındasan,
Qəlbin istədiyin edə bilərsən.
Dönüb qayıtmağın hədərdi indi,
Getdiyin yolların izi qalıbdı.
Daha günahımı artırma,çıx,get,
Yolunda kiminsə gözü qalıbdı...
Daha yollarını dəyişmə bir də,
Özün də bilmədən oda düşərsən.
Xəyalın uzağa aparar səni,
İnanma bir daha yada düşərsən...
Keçib uzaqlara gedə bilərsən.
Böyük ümidlərin sorağındasan,
Qəlbin istədiyin edə bilərsən.
Dönüb qayıtmağın hədərdi indi,
Getdiyin yolların izi qalıbdı.
Daha günahımı artırma,çıx,get,
Yolunda kiminsə gözü qalıbdı...
Daha yollarını dəyişmə bir də,
Özün də bilmədən oda düşərsən.
Xəyalın uzağa aparar səni,
İnanma bir daha yada düşərsən...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

