
Xəbərlər
24.12.2023, 23:40
BOYLANMA DAHA - FOTO
BOYLANMA DAHA
Daha gözləmirəm heç gəlişini
Getdiyin yollara qar düşüb indi.
Zaman yavaş-yavaş gördü işini
Gen dünya gözümə dar düşüb indi.
Ümid payızaydı, o da ki ötdü
Bir çimir yuxuya həsrətəm indi.
Sənə danışdığım nağıllar bitdi
O nağıl qoxuya həsrətəm indi.
Həyatın qəribə təzadları var
Nağıl körpələşir biz qocalanda.
Kim isə dünyada nağılsız qalar
Nağıl əvəzinə dərd doğulanda.
Dünya öz yoluyla gedir astaca
Yenə bahar gələr üzü payıza.
Qısılar otağa bir yalqız qoca
Yol gedər keçmişə hey aza-aza.
Daha gözləmirəm gəlişini mən
Getdiyin yollara boylanma daha.
Döndün nağıllara,nağıl kimisən
Şirin nağıllardan boylanma daha.
Getdiyin yollara qar düşüb indi.
Zaman yavaş-yavaş gördü işini
Gen dünya gözümə dar düşüb indi.
Ümid payızaydı, o da ki ötdü
Bir çimir yuxuya həsrətəm indi.
Sənə danışdığım nağıllar bitdi
O nağıl qoxuya həsrətəm indi.
Həyatın qəribə təzadları var
Nağıl körpələşir biz qocalanda.
Kim isə dünyada nağılsız qalar
Nağıl əvəzinə dərd doğulanda.
Dünya öz yoluyla gedir astaca
Yenə bahar gələr üzü payıza.
Qısılar otağa bir yalqız qoca
Yol gedər keçmişə hey aza-aza.
Daha gözləmirəm gəlişini mən
Getdiyin yollara boylanma daha.
Döndün nağıllara,nağıl kimisən
Şirin nağıllardan boylanma daha.
23.12.2018
ƏLİSA QƏMGİN.
ƏLİSA QƏMGİN.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











