Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində - Fotolar

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.

Milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb.

“Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik”, - deyən Leyla Əliyeva bildirib ki, “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir.

Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir.

London Dizayn Biennalesi-2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb.

London Dizayn Biennalesi tarixi “Somerset House” binasında iki ildən bir keçirilən beynəlxalq sərgidir. Biennale müxtəlif ölkələrdən rəssam, dizayner, memarları bir araya gətirir. London Dizayn Biennalesi bu il “Səthin əks olunması” (Surface Reflections) mövzusunu əhatə edir.

Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq.(AZƏRTAC)

Son xəbərlər

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930