Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabını nəşr edib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, BP şirkətinin dəstəyi ilə çap olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş auditoriyada kütləviləşdirilməsi, Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliğ edilməsi məqsədini daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə bədii əsərləri öz əksini tapmışdır.


“Ədibin Evi”ndə təqdim olunan kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

“Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd etmişdir ki, kitabda yer almış məqalələrin böyük bir qisminin media problemlərinin müxtəlif aspektlərini əhatə etməsi onun milli mətbuatın 150 illiyinə bir töhfə olması zərurətindən irəli gəlir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir.

“150 ilin söhbəti” kitabı milli mətbuat tarixi sahəsində sistemli yanaşmanı özündə əks etdirən publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkəti ölkənin həyatının müxtəlif sahələrinə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına da öz töhfəsini verir. Bu kitab da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələrinə və geniş oxucu auditoriyasına BP-nin hədiyyəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması barədə Sərəncam imzalamışdır.










Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031