Bakı Kitab Mərkəzində “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilibSentyabrın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabın müəlliflərindən biri olan Günel Anarqızı bildirib ki, bugünkü görüşü belə bir tarixə salmaqda məqsəd qələbənin ildönümünü qeyd etməkdir. Bildirib ki, bu vaxtadək Qarabağ haqqında çoxlu sayda əsər yazılıb, saysız-hesabsız kitab nəşr olunub. “Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra Qarabağ haqqında yeni-yeni əsərlər yazılacaq”, - deyə Günel Anarqızı qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi.

Kitab barədə danışan Xalq yazıçısı deyib: “Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. Ən əsası bu yazılar böyük qələbədən sonra yazılıb. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma belə olmadı, qələbə ruhlu bir əsərə çevrildi”.

Milli Məclisin deputatı Jalə Əliyeva kitabı ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.

Xalq yazıçısı Elçin qeyd edib ki, Vətən müharibəsində qələbə tək həqiqətin sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi idi. O, işğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsi olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetin professoru Cahangir Məmmədli bildirib ki, Qarabağ haqqında yazılan kitab onun üçün ikiqat müqəddəsdir. Vurğulayıb ki, Vətən uğrunda aparılan mücadilə həmişə qələbə ilə başa çatır.

Xalq yazıçısı Çingiz Abdullayev kitabdakı yazılarda Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz duyğuların, müəlliflərin şirinli-acılı xatirələrinin əksini tapdığını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, bir neçə gündən sonra, sentyabrın 27-də Qarabağda canlarından keçmiş şəhidlərim əziz xatirəsi ehtiramla yad olunacaq. Qeyd edib ki, ötən il müharibə başlayanda hamımız səksəkəli günlər yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl azad olunanda Prezident İlham Əliyevin çıxışı bizi çox sevindirdi və bu xəbər bizi qələbəyə köklədi.

Kitabla bağlı fikirlərini bölüşən Rəşad Məcid deyib ki, Xalq yazıçısı Anarın müraciətindən sonra Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan yazıb. Sonradan digər yazıçılar da bu ideyanın işığına toplaşıb.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031