Amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilibAmerikalı vokalçı Della Milesin "Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib


Avqustun 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin "Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.

"Turaztv.az" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi "Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsəri ilə bağlı fikirlər səsləndirilib. "Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Tural Məmmədlidir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondun prezidenti Umud Mirzəyev bildirib ki, Della Miles Mədəniyyət Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir. Səfərin məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi "Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.

Layihədə iştirak edən xanəndə Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın təxribatçı bir ölkə olduğunu görür. Bildirib ki, yaxınlarda "Xarıbülbül” mahnısını duet şəklində ifa edib, ancaq mahnı hələ ki, hazırlıq mərhələsindədir.

Azərbaycandan məmnun qaldığını deyən Della Miles söyləyib ki, dəfələrlə xarici ölkələrdə səfərdə olarkən dərisinin rənginə görə ayrı-seçkilik yaşayıb. Ancaq Azərbaycan tamamilə fərqli bir ölkədir. Burada irqçilik yoxdur, din bərabərliyi var. Qeyd edib ki, layihəyə dəvət olunanda Qarabağın tarixini oxumalı olub və bu torpaq haqqında mübarizənin səbəbini öyrənib. "Xarıbülbül” mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim”, - deyə Della Miles bildirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıb ki, Della Milesin haqqın tərəfində olması bu musiqidə də əks olunur. Qeyd edib ki, Şuşa musiqiçilər diyarıdır və oraya səfər etmək növbəti mahnının yaranmasına bir stimul olacaq.

Bildirib ki, Qoçaq Əsgərov gənc olmasına baxmayaraq, Azərbaycan musiqisini dünyaya daşıyan azsaylı insanlardan biridir. "Xarıbülbül” mahnısının bəstəkarı Tural Məmmədli, onu ifa edən Della Miles və Qoçaq Əsgərov cütlüyünün əməyi uğurlu alınıb”, - deyə R.Məcid vurğulayıb.

Sonra xanəndə Qoçaq Əsgərov və Della Miles birlikdə oxuduqları mahnıdan bir parça səsləndiriblər.

Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi "Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Maykl Ceksonun məşhur "Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan "Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Maykl Cekson və Uitni Hyuston başda olmaqla, bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.

Son xəbərlər

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930