Milli Qəhrəman Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilibyulun 28-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş "Polad necə bərkdi" kitabının təqdimat mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Polad Həşimovun anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak ediblər.

Tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən kitabın müəllifi yazar İlqar Kamil kitab haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, kitabda Polad Həşimovun həyat yoluna çox böyük önəm verilir: “Bu kitab şəhid generalımız Polad Həşimov haqqında yazılıb. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, Polad Həşimov kimi şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gələcək nəsillərə ötürməliyik”.

Daha sonra hər kəsə təşəkkürünü bildirən Səmaya xanım deyib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.Sonra kitab müəllifin imzası ilə tədbir iştirakçılarına təqdim edilib.

Milli Qəhrəman Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilib

Son xəbərlər

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031