HACIMƏMMƏD MƏMMƏDOV

Bizmi tələsirik, yoxsa zaman?.. Belə demək mümkünsə, gözümüzü yumub-açır və görürük ki, illər arxada qalıb, saçımıza dən düşüb, qayğılar alnımıza dağ cığırları kimi iz salıb.Gəncliyində zamanın belə sürətlə ötəcəyini heç kəs ağlına gətirmir. Elə ki, illər ötür, ömür karvanı yolun yarısını keçir, onda hiss edirsən ki, hesabat verməyin zamanıdır. Hesabatdan da hesabata fərq var. Hiss edəndə ki, yaşadığın illər, hədər ötməyib, çoxlarına örnək olası bir ömür hekayəsinə çevrilib, onda ömür salnaməsini qürurla, fəxrlə vərəqləyirsən...
Çağdaş dünyamızda saysız-hesabsız yazar var. Onların da hər biri hər hansı şeiri, hekayəni və publisistik yazını özünəməxsus bir tərzdə oxucuya çatdırır. Şirin dili olan, hadisələrə fərqli yanaşan, yazıların, oçerklərini, kitablarını oxumaq da çox asan olur.
Bu mənada haqqında söhbət açmaq istədiyim Daşdəmir Əjdər oğlu Tağıyev (Əjdəroğlu) özünü xoşbəxt taleli insan hesab edə bilər. Bu günədək yaşadığı ömür yolu yazılmamış bir dastan olan Daşdəmir Əjdəroğlunun həyatının hər anı unudulmaz hadisələrlə zəngindir. Onun haqqında düşünəndə dahilərdən birinin bu fikrini xatırlayıram: "İztirablar mübarizəyə çağırışdır, biz yalnız iztirablarımız zamanı həyatımızı hiss edirik".

Daşdəmir Əjdəroğlununun özündən əvvəl imzasını tanımışam. Sonralar müxtəlif tədbirlərdə iştirak edib, görüşmüşük. Onun son dərəcə işgüzarlığını, sadəliyini, seçib-seçildiyi jurnalist peşəsini hər an böyük məsuliyyətlə, vicdanla yanaşmasını, xüsusilə gənclərlə diqqət və qayğısının şahidiyəm.
Mənəvi keyfiyyətləri ilə seçilən kamil insanlar dünyagörüşü, sözü, fikri, düşüncə tərzi ilə həm də yetişdikləri mühiti və ailəni, bəzən isə zamanı qabaqlayaraq gələcəyi ifadə edirlər. Yəni insan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu təbiətin, habelə əhatə olunduğu ictimai, elmi-mədəni mühitin də rolu az olmamışdır. Daşdəmir Əjdəroğlunun mənalı ömür yoluna nəzər salanda bu həyat həqiqəti bir daha öz təsdiqini tapır.
Yazımın qəhrəmanı 21 iyun 1965-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. 1972-1982-ci illərdə qəsəbədəki Kamal Qasımov adına orta məktəbdə oxuyub. 1982-1983-cü illərdə İsmayıllı Yerli İstehsal Kombinatının Basqaldakı 3 nömrəli toxuculuq sexində fəhlə işləyib. 1983-1985-ci illərdə əsgəri xidmətini başa vurduqdan sonra yenidən kəlağayı sexində əmək fəaliyyətini davam etdirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Elə həmin ildə İsmayıllı Rayon Komsomol Komitəsinin Basqal qəsəbəsində yaradılmış “Kommunizm yolu” sovxoz komsomol komitəsinin katibi seçilib.
Jurnalistika ilə bağlı əmək fəaliyyətini o vaxtlar yenicə işıq üzü görməyə başlamış “Ədalət” qəzetində məsul katib kimi davam edib. 1992-ci ildə təhsilini başa vurub və elə “Ədalət” qəzetində çalışıb.
İstedadlı jurnalist D.Tağıyevin indiyədək 6 mindən çox publisistik məqaləsi çap edilib. Təxminən 250-dən artıq qəzetin çıxmasına öz xeyir-duasını verib, onlarla əməkdaşlığını davam etdirib. 20-yə yaxın kitabın redaktorudur. Yüzdən çox kitaba rəy və ön söz yazıb. “Xatirələrə sığmayan ömür” onun ilk kitabıdır. “Basqalın Miryavər abidəsi”, “Basqal”, “Yarımçıq qalan ömür” və neçə-neçə kitabın müəllifidir.
O, hazırda Milli Məclisin orqanı olan rəsmi dövlət - “Azərbaycan” qəzetində çalışır, qəzetin məsul katibinin müavinidir. Bu illərdə mətbuat sahəsindəki əməyi və xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ona 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan mənzil verilib. Bundan başqa müxtəlif ictimai qurumlar tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb. O, mənalı həyatını junalistikaya, bu sahənin inkişafına həsr edib.
Bu gün Daşdəmir Əjdəroğlu onu tanıyanlar tərəfindən Azərbaycan xalqının maraqlarını daim yüksək səviyyədə qorumağa qadir vətənpərvər insan, peşəkar jurnalist, xeyirxah vətəndaş kimi qəbul olunur. Onun əsl jurnalist kimi peşəkarlığı həmişə öz sözünü deyir və operativ materialların hazırlanmasında böyük rol oynayır. Daşdəmir Əjdəroğlu Azərbaycan mətbuatında öz üslubunu yaratmış qələm adamlarındandır. Adətən, jurnalist qələmini kotana bənzədirlər. “Kotan işlədikcə parıldadığı kimi, qələm də yazdıqca cilalanır” - deyiminin haqq olduğuna Daşdəmir Əjdəroğlunun iş prosesini izləyənlər bir daha əminliklə inanırlar.
Onun bir peşəkar jurnalist kimi məharəti Azərbaycan dilindən yüksək səviyyədə istifadə bacarığı ilə diqqət çəkir. O, dilimizin qrammatik qaydalarına riayət etməkdə, sözü ən yüksək məqamda, yerində, özü də lazım olduğu qədər işlətməyi bacaran azsaylı jurnalistlərimizdəndir.
Bu gün bu sahədə çalışan gənclər Daşdəmir Əjdəroğludan çox şey öyrənirlər. Bu işdən əksər hallarda özü də zövq alır. Axı, təcrübəli qələm adamı yaxşı bilir ki, jurnalistika elm deyil, peşədir! Peşəni isə kitab oxumaqla öyrənmək mümkün olmur.
Daşdəmir Əjdəroğlu saflıq, halallıq simvoludur. Onun hazırladığı məqalələrin mövzu dairəsi də genişdir. Azərbaycan tarixinin açılmamış səhifələrindən, arxeoloqların axtarışlarından, ədəbiyyat, dil, incəsənət, epiqrafika, etnoqrafiya, memarlıq, tibb, kimya elmi sahəsində çalışan müəllim və alimlərin qazandığı uğurlardan bəhs edən minlərlə məqalənin müəllifi kimi böyük nüfuz sahibidir. Onun həmişə yazarlarımıza öyüd dolu müraciəti, işini sevən, ona can yandıran əsl qələm adamının məsuliyyətini görmüşəm. O deyir ki, “Elə materiallar hazırlayın ki, o yazılarda Azərbaycan dili öz gözəlliyi, oxunaqlığı, şirinliyi, rəvanlığı ilə göz oxşasın. Elə yazın ki, Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin ruhu inciməsin. Zəhmətdən qorxmayın, yazmaqdan usanmayın, çoxlu mütaliə edin. Hər şey insanın öz əlindədir, təcrübəli qələm adamlarından öyrənməkdən utanmayın. Öyrənin ki, sizdən də öyrənsinlər”…
Əsl jurnalist üçün vacib keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Mənəvi dünyası, vicdanının səsi Daşdəmir Əjdəroğlunu yalnız özü üçün yaşamağa səsləməyib. O, bir ziyalı kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd yanaşmayıb. Fəaliyyətinin bütün mərhələlərində doğma Azərbaycanı, onun inkişafını, çiçəklənməsini düşünən Daşdəmir əsl vətənsevər kimi həm də Qarabağ müharibəsinin ilk günlərindən ürək ağrısı ilə erməni məkrinə, onların mənfur qəsbkarlıq siyasətinə müxtəlif səviyyədə etirazını və nifrətini bildirmiş, xalqına, torpağına dərindən bağlı bir azərbaycanlı kimi haqq səsini ucaltmışdır.
Onun torpaq, vətən sevgisi, dogma Basqaldan başlayır. Bu torpağı və bu torpaqdan pərvazlanıb ucalanlara, ad-san sahibi olanlara aid sonsuz məhəbbəti, mükəmməl oçerkləri var onun.
Daşdəmir Əjdəroğlu özünə və ətrafındakılara qarşı çox tələbkardır. Xasiyyətdə kövrək, ürəyiyumşaq olsa da, iş prosesində prinsipialdır. Uzun illər “Azərbaycan” qəzetinin məsul işçisi kimi məqalələrin aktuallığına diqqət yetirib və hər bir yazıya oxuculara yeni fikir çatdırmaq nöqteyi-nəzərindən yanaşıb.
Zəif yazıların qəzetdə çap olunmasının həmişə əleyhinə olub. Bəzən müəlliflər gətirdikləri məqalələrin çap olunmasını təkidlə tələb edəndə, Daşdəmir müəllim dönə-dönə təkrar olunmuş məlumatların oxucu üçün maraqsız olduğunu onların diqqətinə çatdırıb. O qəzetdə çap olunan məqalələri təkrar-təkrar redakdə edir, dilin rəvanlığına xüsusi diqqət yetirir. Azərbaycan dilinin saflığının qorunub saxlanması üçün əlindən gələni, bilik və bacarığını əsirgəmir. Onun redaktəsi ilə ondan çox kitab işıq üzü görüb.
Daşdəmir Əjdəroğlunu hamının gözündə ucaldan onun mənəvi zənginliyi, xeyirxahlığı, qədirbilənliyi və gözütoxluğudur. O, yaşadığı ömrü təmiz və pak adla yaşayıb. Hiss və həyəcanını bəzən poetik dillə də oxucuya çatdira bilir. Özünü şair adlandırmasa da, bu sahədə özünü sınamış, təsdiqləmiş eloğludur.
Yaşlı nəslin fonunda dərdlərindən, problemlərindən demək olar ki, söz açmır, özünü unudur. O, hamı üçün hər şey, özünə isə… Bu da özlüyündə Daşdəmir müəllimin ucalığı, bir şair, xeyirxah insan ideyalarına sədaqətidir. Əsas məsələ odur ki, onu sinəsində böyük bir ürək döyünür. O ürək ki, Vətən, millət eşqi ilə dost-tanış sevgisi ilə döyünür. O, hər cür naqislikdən, xırdalıqdan uzaqdır. Bu sadə insan bütün hislərində duyğularını işığa büküb, o işığın hənirində özünü tapa bilib. Daşdəmir müəllim bütün yazılarında Vətəndən - Azərbaycandan danışır, bu torpağın oğlu olduğu üçün böyük qürur hissi keçirir.
Deyirlər ki, ağrı hiss edirsənsə, canlısan, başqalarının ağrısını duya bilirsənsə, deməli, insansan. Daşdəmir Əjdəroğlu hamını başa düşən, duyan, sevinclərinə şərik olan, ağrılarına acıyan insandır. Zəhmətkeş jurnalist və yazardı. O bəzi yazarların müəyyən hadisələri sensasiya kimi, mizan-tərəzisiz, heç bir hədd gözləmədən işıqlandırmasından təəssüflənir. Belə olmaz, ən ağır faciə mövzunu şou kimi təqim etməkdir. Mətbuatda mərhmət hissi olmalıdır. Hər mövzu mətbuata yol tapmamalıdır. Milli-mənəvi dəyərlərimizi həmişə üstün tutmalıyıq…
Bəli, onun təbiətində jurnalist ustalığı, peşəkarlığı, yolgöstərənlik kimi İlahidən bəxş olunan xüsusiyyətlər var. O, müdrikdir, istedadlıdır, həqiqəti yazır. O, böyük İNSANDIR. İnsan sözünü böyük hərflərlə nəzərə çarpdırmağımın səbəbi var. Çünki Daşdəmir Əjdəroğlu insan kimi bənzərsizdir, jurnalist kimi fərdi üslubu, yazı tərzi fərqli olandır. Onu kimsəyə bənzətmək mümkün deyil. Bir jurnalist kimi onun bütün keyfiyyətləri nümunədir.
Deyirlər, böyük insanlar həmişə sadə, xeyirxah, humanist, alicənab, ən başlıcası isə böyük ürək sahibi olurlar. Daşdəmir Əjdəroğlu da belədir - insanvərvərlik, əməksevərlik və həssaslıq kimi nəcib insani keyfiyyətlərə malikdir. Onun jurnalist fəaliyyətilə yanaşı zəngin yaradıcılıq yolu - əsərləri, kitabları və s. bu günün və gələcək nəslin nümayəndələri üçün əsl xəzinədir. Arzu edirik ki, onun bundan sonra da təqdim edəcəyi yazılar ömrünün və yaradıcılığının yeni və möhkəm pillələrinə çevrilsin. Yorulmaz jurnalist, vətənpərvər eloğlumuzun fəaliyyəti, vətən sevgisi heç zaman tükənməsin.
Daşdəmir Əjdəroğlu ilə uzun illər dostluq edən Hacı İlqar Hüseynzadə yazı yazdığımı bilib dedi:
-Bütün nəsl şəcərəmiz biri-birilə daim mehriban olub, duz-çörək kəsiblər. Ulu babalarımız atalarımız dost olublar. Şükülər olsun ki, o yolu indi biz davam etdiririk. Daşdəmir səmimi insan, ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir. Taleyüklü məsələlərin həllində heç vaxt səy və köməyini əsirgəmir. O, xalqına əvəzsiz xidmət göstərir. Atam haqqında yazdığı kitab - “Basqalın Miryavər abidəsi” mənə və ailəmizə görə onun canlı heykəlidir. Ona sadəcə, minnətdarlıq etmək olduqca azdır. Boynumuzda haqqı böyükdür…
Ədalət insanlığın meyarıdır. Bəzən: Dünyanı gözəllik xilas edəcək, - deyirlər. Xeyir! Mən: Dünyanı ədalət xilas edəcək, - deyərdim. Hər kəs yaşadığı el-obada, dövlət və cəmiyyətdə ədalətli olmağa borcludur. Allahın da bəşəriyyətdən istədiyi budur. Hər bir insan özünün ədalətli olub-olmamasını müəyyən edə bilməz. Ədalətli olmaq üçün müəyyən şərtlər olsa da, ilk növbədə nəfs ruh kimi, pak olmalıdır. İnsan nəfsinin qulu yox, ağası olmalıdır. Baxın, bu Daşdəmir Əjdəroğludur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru şair Şahməmməd Dağlaroğlu:
-Daşdəmirin qəlbində olan dəyərlər barədə fikirləri çoxcildli kitablara belə yerləşdirmək olmaz. O, zahirindən daxili oxunan, arzuolunan dost, örnək vətəndaşdır. Onu güclü yaddaşa malik, peşəkar və yorulmaz jurnalist kimi tanıyıram. Yazılarında hər hansı sahə üzrə ən mürəkkəb mövzuya belə toxunsa, həmin sahənin mükəmməl bilicisi təsirini bağışlayır Daşdəmir Əjdəroğlu. Bu, onun yorulmaq bilmədən, zəngin mütaliə bazası, tərəfsiz yanaşma, qərəz hissi yaşamadan çalışmasının əyani göstəricisidir. Bu keyfiyyətlərlə o, varlığına hakim kəsilən inciləri ağ vərəqlərə köçürə-köçürə hesabını aparmağa vaxt sərf etmədiyi neçə-neçə kitabın, mindən çox tarixi yaşadan publisistik məqalənin - maraqlı, məzmunlu oçerklərin müəllifinə çevrilib. Daşdəmir Əjdəroğlu mənə görə saflıq simvoludur. Onu hamını gözündə ucaldan mənəvi zənginliyi və təmənnasızlığıdır…
Daşdəmir müəllimin bu yaxınlarda yubley yaşını qeyd etmək də nəsibimiz olar inşallah! 60 illik yubileyi münasibətilə ona möhkəm can sağlığı – qəlbinin yazıb-yaratmaq eşqi ilə döyünməsini, qələminin fasilə etməməsini arzulayıram…
Altmış yaş insan ömrünün psixoloji, fizioloji baxımından ən yetkin və ən yüksək zirvəsi sayılır. Çünki, əsl insanın arzusunda olduğu müdrikliyin yolunu başlanğıcı buradan görünür. Müdriklik yoluna gedən addımların mübarək olsun. Altmış il də bu yolun yolçusu olmağını arzu edirəm, Daşdəmir müəllim! Könül oxşamaq, qəlb sevindirmək həyatının ana xəttidir. İnsanların sevincini, kədərini, arzu və istəklərini özünküləşdirərək yaşayırsan. Həmişə belə qal!
Yorulmaz jurnalist,ər oğlu ərsən,
Günəşi üfüqdə gülən səhərsən.
Bir an görməyəsən qüssə,qəhər sən
Yüksək sərvətindir daşıdığını ad,
Sizinlə birlikdə açdıq qol-qanad.

İçində düzlüyün uca heykəli
Gedirsən inamla daim irəli.
Canınla sevirsən bu yurdu, eli
Məramın, məqsədin quş kimi azad
Səninlə birlikdə açdıq qol-qanad.

Hər an canım dedin bu doğma yurda,
Əzmin, dəyanətin örnəkdi burda.
Adına günəşdən süzülən nur da
Sevinir bu eli gördükcə abad
Səninlə birlikdə açdıq qol-qanad.

Verərəm canımı ər oğlu ərə,
Bir söz də demərəm boşa,hədərə.
Hacı alqış deyər hər bəxtəvərə
Yaxşılar hər zaman olunacaq yad
Səninlə birlikdə açdıq qol-qanad.




















































Son xəbərlər

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Britaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb

Zelenski yeni hökumətin tərkibini açıqladı

Suriya keçid hökumətinin qüvvələri Əs-Süveyda şəhərindən çıxarılır

Alyaskada 7,2 bal gücündə zəlzələ oldu - Sunami gözlənilir

Çempionlar Liqası: “Şelburn” “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi olub

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

BMT Suriyaya görə iclas keçirəcək

Moskvada kütləvi dava - Yaralılar var

Zelenski Ukraynanın Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini irəli sürüb

Azərbaycan çempionu su kanalında boğulub

“Həmkarım mənə evlilik təklif edib” - FOTOLAR

“Cihan”la “Ecmel” eyni layihədə

“Real”ın futbolçusu əməliyyat olundu

Şamaxıda media nümayəndələri üçün dini ibadətgahlara mediatur təşkil olunub - FOTOLAR

İslandiyada vulkan püskürməsi nəticəsində bir kilometr uzunluğunda yarğan əmələ gəlib

Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib - FOTOLAR

Tanınmış teleaparacı qiyabi həbs olundu

“Hudutsuz sevda”nın aktyoru vəfat etdi

Ümumdünya Yay Universiadasının açılış mərasimi başlayıb

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar - FOTOLAR

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb

Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb

Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

BRİLYANT QURBANOVA : İncidim- FOTO

İmamoğlu bu iş üzrə 1 il 8 ay həbs cəzası aldı

Bütün xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031