HÜNƏR VƏ QEYRƏT SIMVOLU OLAN ŞƏHİDLİK ZİRVƏSİ  - FOTO

HÜNƏR VƏ QEYRƏT SIMVOLU OLAN ŞƏHİDLİK ZİRVƏSİ
Bu zirvədə dayananlardan biri də basqallı İbrahim Hüseynovdur

Zaman ötdükcə, fəsillər dəyişir, günlər ayları, aylar illəri, illər əsrləri, əsrlər minillikləri əvəz edərək tarix olur. Bu illər ərzində bir çox hadisələr baş verir ki, müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. 44 günə yazılan şanlı Zəfər tariximiz kimi. Həmin günlər yaddaşlara əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar. Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əcdadlarının haqq savaşını zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər.
...Qərinələr ötür, nəsillər bir-birini əvəz edir. Lakin bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayırlar.
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də əsgər İbrahim Alhüseyn oğlu Hüseynovdur. Onun şəhadətindən 32 il ötür.
HÜNƏR VƏ QEYRƏT SIMVOLU OLAN ŞƏHİDLİK ZİRVƏSİ  - FOTO

İbrahim Alhüseyn oğlu Hüseynov 1962-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1968-ci ildə Kamal Qasımov adına Basqal kənd orta məktəbinin birinci sinfinə gedib, 1978-ci ildə orta təhsilini başa vurub. 1984-cü ildə basqallı Zakir kişinin qızı Gülüş xanımla ailə həyatı qurub, iki övladı – bir oğlu, bir qızı dünyaya gəlib. Həqiqi hərbi xidmətdən sonra Basqaldakı toxuculuq sexində toxucu kimi əmək fəaliyyətinə başlayıb. Az sonra, elə həmin ildə Bakı şəhərinə köçüb. Bülbülə qəsəbəsində toxuculuq peşəsini davam etdirib.
1986-cı ildə 3 nömrəli MTK-da işə düzəlib və ailəsinin problemləri ilə məşğul olub.
1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib və elə burada da Şəhidlik zirvəsinə ucalıb. 1992-ci ildə Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.
HÜNƏR VƏ QEYRƏT SIMVOLU OLAN ŞƏHİDLİK ZİRVƏSİ  - FOTO

Şəhidin həyat yoldaşı Gülüş xanım bizim kənddə qapıbir qonşumuz olub. Neçə ildən sonra onunla həmsöhbət ola, İbrahimin xarakteri, həyatdakı vətəndaşlıq mövqeyi, Qarabağ müharibəsində göstərdiyi hünəri barədə söhbətləşdik. Mənə lazım olan məlumatları verdikdən sonra dilə gəldi:
- Birinci Qarabağ müharibəsi zamanı minlərlə oğul canını bu torpağın azadlığına fəda verdi. Onlardan biri də İbrahimdir. İstər Birinci, istərsə də İkinci Vətən müharibələrinin qəhrəmanı olan şəhidlərimiz haqqında nə qədər danışılsa da, yazılsa da, yenə azdır. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur. Şəhidlərimizin göstərdikləri şücaət, keçdikləri döyüş yolu, onların yüksək iradəsi, mənəvi keyfiyyətləri, Vətən sevgiləri, igidlikləri gələcək nəsillər üçün nümunədir. Azərbaycan miqyasında günəş kimi parlayan bu adlar hər kəsə yol göstərir: zəfər yolunu, qələbə yolunu, mərdlik yolunu, torpaqların düşməndən təmizlənməsi yolunu. Hər evdə, hər ailədə, hər bir kollektivdə bu igid insanların rəşadətindən söhbət gedir. Hamı onlara əhsən deyir. Hamı onlardan nümunə götürməyə çalışır. İbrahim də, sözün hər bir mənasında örnək olası bir oğul idi. Allah İbrahimin simasında bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
HÜNƏR VƏ QEYRƏT SIMVOLU OLAN ŞƏHİDLİK ZİRVƏSİ  - FOTO

...Gülüş xanımın dediyi kimi, şəhidlərimiz haqqında nə qədər danışılsa da azdır. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi həyat yolunu nümunə bilməli, qəhrəmanlarını tanımalı və tanıtmalıdır. Bu mübarizədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930