Uzun müddət koma vəziyyətində qalan qazi Yaqub Qəhramanlı şəhidlik zirvəsinə ucalıb
Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır: “44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etdi, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olundu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik. Yaqub kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhramanlıq nümunəsi olacaq”.

Mərasimdə Azərbaycanın dövlət bayrağı şəhidin atasına və yadigar qalan oğluna təqdim edilib.

Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana hospitalında və İstanbul cərrahiyə xəstəxanasında müalicə alıb, hazırda isə müalicəsini Azərbaycanda davam etdirirdi.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Uzun müddət koma vəziyyətində qalan qazi Yaqub Qəhramanlı şəhidlik zirvəsinə ucalıb
Uzun müddət koma vəziyyətində qalan qazi Yaqub Qəhramanlı şəhidlik zirvəsinə ucalıb
Uzun müddət koma vəziyyətində qalan qazi Yaqub Qəhramanlı şəhidlik zirvəsinə ucalıb

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31