Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında bayram tədbiri keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə baş tutan “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə 2 və 3 saylı uşaq evləri, “Ümid yeri” uşaq sığınacağı, həmçinin 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, 5 nömrəli Respublika xüsusi təyinatlı internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbi və 2 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 300-dən çox uşaq iştirak edib.

Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb. Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr balacaların böyük marağına səbəb olub və qaliblər hədiyyələrlə sevindirilib. Sehrbazların çıxışları, cizgi film qəhrəmanlarının iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.

Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb. Onlar təbii materiallardan oyuncaqların hazırlanması, ekoçantaların bəzədilməsi, rəsm çəkmə, gips lövhələrin rənglənməsi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Maarifləndirmə komponenti də tədbirin əsas istiqamətlərindən biri olub. Zooloji Parkın lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri haqqında maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə balacalar heyvanların xarici quruluşu və həyat şəraiti haqqında əyani şəkildə məlumatlandırılıblar. Təbiətə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq və heyvanlara qarşı mərhəmət hissini aşılamaq məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək fürsəti də verilib.

Günün sonunda IDEA İctimai Birliyinin “Sevincini bölüş” kampaniyası çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilmiş ianə qutularında toplanan istifadəyə yararlı oyuncaqlar bütün uşaqlara hədiyyə olunub. Uşaqlar üçün xüsusilə sevindirici olan bu təşəbbüs onlara təbəssüm, sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib. IDEA İctimai Birliyi kampaniyanın uğurla həyata keçirilməsinə töhfə verən, bu nəcib təşəbbüsə dəstək göstərən bütün iştirakçılara və könüllülərə öz dərin təşəkkürünü bildirib.













Son xəbərlər

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031