
Xəbərlər
27.05.2025, 01:35
Arzu Yaqub qızı : Alın dərdin əlindən - FOTO
Alın dərdin əlindən,
Hər gün çıxır yoluma.
Kəsirəm kəndirini,
Buxovlanır qoluma.
Alın dərdin əlindən
Yığıb toplayır məni.
Harda görsə yapışır,
Öpüb qoxlayır məni.
Elə bil ki dostumdur,
Dostluğuma yamaqdır.
Bəxtin qapısın açan,
Çağrılmamış qonaqdır.
Dayanıb yollarında
İlğımlı taleyimin.
Yorulmuşam,bezmişəm,
Səbirdəndir geyimim.
Gözlərim güləndə də
Axtarır bir bəhanə.
Elə bil sevgilimdir,
Yoxsa aşiqdir mənə?
Hara qaçım bilmirəm,
Ümidləri sındırır.
Haqsızlıq,biganəlik
Ürəyimi yandırır.
Alın dərdin əlindən,
Mənsiz qalsın,darıxsın.
Azdıracam,qaçacam,
Yol itirib karıxsın.
Hər gün çıxır yoluma.
Kəsirəm kəndirini,
Buxovlanır qoluma.
Alın dərdin əlindən
Yığıb toplayır məni.
Harda görsə yapışır,
Öpüb qoxlayır məni.
Elə bil ki dostumdur,
Dostluğuma yamaqdır.
Bəxtin qapısın açan,
Çağrılmamış qonaqdır.
Dayanıb yollarında
İlğımlı taleyimin.
Yorulmuşam,bezmişəm,
Səbirdəndir geyimim.
Gözlərim güləndə də
Axtarır bir bəhanə.
Elə bil sevgilimdir,
Yoxsa aşiqdir mənə?
Hara qaçım bilmirəm,
Ümidləri sındırır.
Haqsızlıq,biganəlik
Ürəyimi yandırır.
Alın dərdin əlindən,
Mənsiz qalsın,darıxsın.
Azdıracam,qaçacam,
Yol itirib karıxsın.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











