Möhsüm Aslan : 81-ci baharın mübarək Qədir müəllim ! - FOTOLAR
Təqdim etdi: ABBAS ƏLİ OĞLU BAĞIROV(GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru.
Qəbələ Tibb Mərkəzi MMC-nin direktoru,
Həkim, provizor


Qədir Aslan 81!

Sözün düzü Atamı sözlə ifadə etməyə qüdrətim çatmır! Çünki, O, Anamız dünyasını dəyişdikdən sonra, onun ayaqları altında axtardığımız cənnətin tale ağırlığını da üzərinə götürüb, bu missiyasını ləyaqətlə yerinə yetirir. Anamdan sonra ailə qurmadı. 4 övladın Ana sevgisini yasdıq edib düz 28 ildir tək bir otaqda gecələrini ömür yoldaşına olan sədaqətinin işığında keçirir. O, Allahdan bir atanın övladları üçün nə edə bilər sınağını artıqlaması ilə yerinə yetirib. Bizləri isə Allah qatında ödənilməsi mümkün olmayan valideyin borcunun sınağı ilə müjdələyib.

Qələm tutmaqdan qabar olmuş barmaqlarının işığında 4 övlad, 10 nəvə, 5 nəticə böyüdən Atam bu gün ömrünün 81-ci baharını qarşılayır. Allahdan əziz atama sağlam və bərəkətli ömür arzulayır, onun qarşısında olan borcumun azda olsa yerinə yetirilməsində uca Rəbimdən özümə güc və qüdrət diləyirəm.
81-ci baharın mübarək Qədir müəllim !

Böyük qardaşım Namiqin Atamla bağlı yazdığı şeri öz duyğularım kimi qəbul etdiyim üçün onuda sizlərlə bölüşürəm.

Od oldum közündə Qədir Aslanın
Ömür pilləsinin səksən ilində,
Haqq tapdım sözündə Qədir Aslanın.
Müqəddəs, əyilməz, bir ata kimi,
Od oldum közündə Qədir Aslanın.

Başımın şah tacı, tacımın qaşı.
Ölkəmin layiqli ər vətəndaşı.
Anamın vəfalı ömür yoldaşı,
Diz çökdüm önündə Qədir Aslanın.

Yaşadı, yaratdı, yazdı Göyçədə,
Yüzünü qeyd etdik orda bəlkə də.
Müstəqil, suveren, azad ölkədə,
Arzu var gözündə Qədir Aslanın.

Müqəddəs pir-ocaq, közdü şəhidlər.
Ehtiram, etiqad, sözdü şəhidlər.
Əbədi dünyadır, yazdı şəhidlər,
Oxudum üzündə Qədir Aslanın.

Əl tutdu arzuya, murada çatdım.
Mərifət elminin dadını daddım.
Özümü tanıdım, özümü tapdım,
Müqəddəs izində Qədir Aslanın.

Dörd övlad böyütdü saraldı,soldu.
Həm Ana əvəzi,həm Ata oldu.
Çatmayıb hədəfə, yol uzun yoldu,
Təpər var dizində Qədir Aslanın.

Əməkdar jurnalist, qızıl qələmi,
Yuxusuz anların sevgi sitəmi.
Ən böyük əsəri, "QOCA DƏDƏM"i,
Yazacam yüzündə Qədir Aslanın.

Əlli beş il olar, yazır sərsəri.
Hələ oxunmayıb ömür dəftəri.
Cəm olur ətrafı, dolur çəmbəri,
Hər doğum günündə Qədir Aslanın.

Namiq, ata oldun, qandın ata nə,
Ata bir dayaqdır çətin gününə.
Müqəddəs yubleyin şərəf- şəninə,
Kökləndim bəmində Qədir Aslanın.










Son xəbərlər

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031