
Xəbərlər
3.03.2025, 19:44
Hippokrat andına sadiq həkim - FOTO

ABBAS ƏLİ oğlu BAĞIROV (GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru
Qəbələ Tibb Mərkəzi MMC-nin direktoru,
Həkim, provizor
Mən- həkiməm!
Tibb universitetinə qəbul olmaq üçün çox əziyyətlə çalışmışam!
Universitetimizin ləngərli yerişi olan akademik, professor, müəllim heyətinin rəndəsindən keçmişəm!
"Stipendiya" ilə yataqxanalarda yaşayıb mənalı tələbəlik illərində qurmuşam bu günü!
Gecələr işdə olub, növbədə qalmağa tələbəlikdən alışqınam!
Canımı başqalarının sağlamlığı üçün oda yandıran -mənəm!
Səngərdə Vətən üçün fədakarlıq edən -mənəm!
Şəhid olan -mənəm!
Yaralı əsgərləri raketlərin, bombaların altından çıxaran- mənəm!
Pandemiyada bütün əhli -əyalımı risk içərisinə atıb xalqımın xidmətində öz ömrümü ölümlə üz-üzə qoyan-mənəm!
Qazilərin tibb xidmətini şərəflə yerinə yetirən- mənəm!
Kimsəsizə təmənnasız tibbi yardım göstərən- mənəm!
Ən çətin vaxtında sənin axtardığın birinci şəxs də- mənəm!
Fəqət məni, tik tokda, instaqramda, digər sosial şəbəkələrdə axtarma, yanılacaqsan!
Ağır xəstəliklərə, yüngül dərman yaz, demə!
Həkimə 20 manat verəndə 2000 manat rüşvət aldılar, demə!
Unutma, pis həkim yoxdur, pis seçim var!
Həkim kimi həkimlərin ünvanını tap ki, sonra qurunun oduna yaşı da yandırmayasan!
Mən həkiməm, Yaradanın yerdəki nümayəndəsiyəm, mən sənin özünəm!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











