Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 9-da Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində Ulu Öndərin büstünün açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin kollektivi, Çexiyadakı diaspora təşkilatları fəalları və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimin əvvəlində iştirakçılar tərəfindən Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Mərasimdə çıxış edən səfir Yaşar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Tarixin ən mürəkkəb anlarında onun apardığı uzaqgörən və müdrik siyasət bu gün Azərbaycanın müstəqil və güclü olmasına zəmin yaradıb. Səfir, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, müstəqil, güclü və əzəmətli Azərbaycan dövlətinin qurulması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında açılmış Ümummilli Lider Heydər Əliyevin büstünün müəllifi dünya şöhrətli heykəltəraş Sergey Eylanbekovdur. Ulu Öndərin Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin binasında və BMT yanındakı Daimi Nümayəndəliyində açılmış büstləri də S.Eylanbekovun əsərləridir.

Son xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031