Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqrafları Birliyi ilə birgə “Zəfərin 5-ci ili: böyük qayıdışın addımları” adlı fotomüsabiqə elan edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası 2023-cü ildə uğurla həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı ilə əlaqədar olaraq daha da genişlənib. Fotomüsabiqəsinin məqsədi həmin ərazilərdə görülən işləri, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini aşağıdakı istiqamətlərdə vizual formada nümayiş etdirməkdir:

Müsabiqəyə təqdim olunan fotolar həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.

Müsabiqənin şərtləri

Müsabiqənin keçirilmə tarixi: 29.04.2025 - 29.05.2025

Fotolar JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir

Hər iştirakçı maksimum 10 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçiləcəkdir.

Foto faylda müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.

Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.

Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).

Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.

Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yuxarıda qeyd olunan tələblərə uyğun olaraq müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “BÖYÜK QAYIDIŞIN ADDIMLARI” başlığı ilə musabiqe@idp.gov.az elektron ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilən nümunələr təşkilatçıların nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Müsabiqənin nəticələri Dövlət Komitəsi və Azərbaycan Fotoqrafları Birliyinin rəsmi saytlarında dərc olunacaq.

Müsabiqə iştirakçıları aşağıdakı mövzular üzrə şəkillər təqdim edə bilərlər:

Tarix və mədəniyyət

Qarabağ və Şərqi Zəngəzurun zəngin tarixi və mədəni irsi, qədim abidələr, xalq sənətkarlığı və ənənəvi dəyərlər.

Kənd təsərrüfatı və məşğulluq

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı, əkinçilik, heyvandarlıq və kənd əhalisinin məşğulluğu.

Daimi məskunlaşmanın olduğu rayonlarda uşaqlar, gənclər və yeni sakinlər.

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrində məskunlaşma prosesini, yerli sakinlərin gündəlik həyatını əks etdirən şəkillər.

Təbiət və ekosistem

Qarabağ və Şərqi Zəngəzurda təbiət və onun zənginliyi, meşələr, dağlar, çaylar və digər ekosistem elementləri.

Doğma yurda qayıdış

Qarabağda köç prosesinə dair şəkillər, insanların doğma yurdlarına qayıtması və daimi məskunlaşması,

Dağıdılmış yerlər, bərpa olunan və yenidən qurulan ərazilər.

Müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər (münsiflər heyətinin üzvləri istisnadır).

Mükafatlandırma:

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş fotoşəkil müəlliflərinə aşağıda göstərilən pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN


Sərgidə nümayiş olunacaq 20 ən yaxşı foto müəllifi 100 AZN məbləğində mükafata layiq görüləcək. İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir və kommersiya məqsədilə istifadə edilməyəcək. Münsiflər heyəti tərəfindən seçilən 44 fotodan ibarət fotosərgi təşkil olunacaq.

Son xəbərlər

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”

4 ildir sevgili olsalar da, evlənmək istəmir

DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Çovdar çörəyinin bilinməyən faydaları

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930