Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib.

Bu barədə "Unikal"a YAP-dan məlumat verilib.


Bildirilib ki, aprelin 23-də YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy ilə nümayəndə heyətlərinin rəhbərləri arasında keçirilən görüşdə iştirak edib. Ma Sinjuy Çinin Foruma dəvət olunmuş bütün siyasi partiyaların təmsil etdikləri ölkələrlə istər ikitərəfli, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun açılış mərasimində və plenar sessiyasında iştirak edib. 23 ölkədən 200 nəfərə yaxın nümayəndənin iştirak etdiyi Forumun açılış mərasimində Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev, eləcə də bir sıra üzv ölkələrin siyasi partiya təmsilçilərinin çıxışlarında 2001-ci ildə yaradılmış ŞƏT-in bu günədək keçdiyi inkişaf yoluna nəzər salınaraq, təşkilatın Avrasiyada siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafa verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd olunub ki, ŞƏT-in daimi sülh və çoxtərəfli işbirliyini təşviq edən beynəlxalq təşkilat kimi nüfuzunun artması onun üzvləri və tərəfdaşlarının sayının çoxalmasını da şərtləndirib.

YAP nümayəndə heyəti Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançaonun adından verilən rəsmi ziyafətə də qatılıb.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyətinin Urumçi Şəhər Planlaşdırılması Muzeyi, Urumçi Şəhər İdarəetmə Mərkəzi, Urumçidəki Beynəlxalq Sərgi və Konfrans Mərkəzindəki terrorizm və ekstremizmlə mübarizə sərgisi ilə tanışlığı olub. Eyni zamanda, muxtar rayonun Çantsi şəhərində elektrik enerjisinin ötürülməsi və transformasiyası üçün avadanlıqlar istehsal edən TBEA şirkətinin qərargahı və Sincan Kənd Təsərrüfatı Sərgi Parkına ziyarət təşkil edilib.

Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev daxildir.




Son xəbərlər

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031