Deyirlər poeziya məchul bir aləmə səfərə oxşayır. Məgər jurnalistika da belə deyilmi? Jurnalist həmişə öyrənmə prosesində olur. Onun bilik mənbəyi isə, başqa amillərlə yanaşı, həm də görüşdüyü insanlardır.

Eşidəndə ki, aprelin 22-də (proletariatın dahi rəhbəri V.İ.Leninin də ad günü məhz bu gündədir) yaxın dostum və həmkarım Tünzalə Xəlilovanın doğum günüdür, çox sevindim. Ona görə ki, neçə ildir o, bizimlə birlikdə qeyd edir, bölüşür bu şad günü. Bunun dəqiqliyinə əmin olduqdan sonra onun haqqında tələm-tələsik bir təbrik hazırladım, amma xoşuma gəlmədi, ürəyimcə olmadı. Çünki bu onun adına layiq bir yazı deyildi. İndi kömpüterimin arxasında oturub onun haqqında daha bir yazı hazırlamaq keçdi fikrimdən...
Xatirələr məni bir qədər yaxın keçmişə apardı. Mətbuata gəldiyim ilk günlər yadıma düşdü. O günlərdə mərhum Bəxtiyar Vahabzadə, Şahmar Ələkbərzadə, İsgəndər Tapdıq, İlyas Tapdıq, Zeynal Vəfa, Səttar Zərdablı, Cavad Cavadlı, Məhəmməd Baharlı, Akif Aslan və adlarını unutduğum bu kimi ölkə mətbuatında özlərini təsdiq etdirmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş jurnalistlər qarşıma çıxıblar. Çətin anlarda mənə kömək olublar. Sonralar yaxınlığımız, dostluğumuz başlayıb.


..Bu məqamı təsadüfən xatırlamadım. Mən mətbuata gələndə özümün 25 yaşım var idi. Həmin azmanların yanında demək olar ki, heç kim idim. Bu illərdə özümün şahidi olduğum ömür yolumu gözlərim önündə canlandırıram, təsadüf etdiyim həmin qələm sahiblərinin xarakter cizgilərini yadıma salmağa çalışıram. Həmin illərdə zaman-zaman onlardan çox şey öyrəndim, qarşıma qoyduğum məqsədə doğru irəliləməyə, addımlamağa cəhd etdim. Bir də baxıb gördüm ki, yaşa dolmuşam, qəzetdən-qəzetə yer dəyişdikcə, işimi dəyişdikcə təcrübəni də artırmağa nail olmuşam. Amma xarakterim dəyişməyib. Bu məqamı ona görə xatırladıtram ki, vaxtilə öyrəndiklərimi məndən sonra gələnlərə və bugünkü gəncliyə çatdırmağa çalışıram. Onlardan biri də iş yoldaşımız Tünzalə Xəlilovadır. Zahirən çox sakit görünən Tünzalə Xəlilovanın daxilən işıqlı, istiqanlı bir xanım olduğunu onu tanıyanların hamısı təsdiq edər. Onu sevdirən də bu keyfiyyətlər və davranışındakı səmimiyyətdir.

Tünzalə xanım Lənkəranda anadan olub. Orada otrta məktəbi başa vurub, sonra ali təhsil alıb. Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini qurtarıb. Sonra müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib, nəşriyyat işində çalışıb. İşləyə-işləyə, Təcrübə toplaya-toplaya gəlib olub bugünkü Tünzalə Xəlilova. Hazırda isə eyni mətbuat orqanındayıq, “Azərbaycan ” qəzetində çiyin-çiyinə çalışırıq.
... Çalışdığı bu dövrlərdə qəzetin zamanın, mənsub olduğu sahənin, məkanın güzgüsü funksiyasını yerinə yetirməsi üçün o, bütün imkanlarından istifadə edib, qəzetə yeni gəlmiş, təcrübəli qələm sahiblərinin ətrafına toplaşmış gənc əməkdaşlarda bu sahəyə marağın yaradılması üçün əlindən gələni əsirgəməyib, onlara dəyərli məsləhətlər verib. Mətbuatda korrektura deyilən bir sahədə var. O, əlindəki bütün imkanlardan istifadə edərək qəzetin həm orfoqrafiq, həm də üslub səhvlərinin olmaması üçün ciddi səylə çalışıb. Bu gün tam cəsarətlə demək olar ki, T.Xəlilovanın işi nümunə gücündədir. Ömrünün düz 50 ilini jurnalistikaya həsr edən, bu günə qədər qəzetimizin korrektoru kimi fəaliyyət göstərən, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş Gülnar Novruzova bu sənət haqqında belə deyir:

– Jurnalistlər gərgin və narahat ömür yaşayan peşə sahibləridir. Çünki jurnalist hər hansı bir qəzet materialını hazırlamağa başlayandan yazıb qurtarana qədər həmişə təkcə seçdiyi “obyekti” deyil, bütöv oxucu kütləsini düşünür, özünü bu yazıya, təbii ki, müxtəlif nöqteyi-nəzərdən yanaşacaq oxucuların yerinə qoyur, xəyalən onlarla “söhbət edir”, ən çox isə nöqsanları ürəyinə salır. Sonra qaralmış vərəqləri əzib bir kənara atır, yenidən işləyir, çalışır ki, yazısı jurnalistikanın və oxucunun tələblərinə cavab verə bilsin. Və sonradan həmin yzılar bizə verilri. Biz də zərgər dəqiqliyi ilə həmin materialları nəzərdən keçirir, həm üslub, həm də orfoqrafik səhvlərə diqqət yetiririk. Son dövrlərdə “Orfoqrafiya lüğəti”nə sözlərin yazılışında xeyli düzəliş edilib. İllər ərzində edilən biz düzəlişlər korrektordan həm diqqət, güclü yaddaş və səbir tələb edir. Beləcə, ömrünü saatbasaat, günbəgün əridir bu ağ vərəqlər üzərində korrektor. Nikbinliyini də gizlətmir, bilir ki, düzəltdiyi səhvlər, müəyyənləşdirdiyi anlaşılmazlıqlar çalışdığı sahənin irəliləməsinə, qəzetin nümunəvi orqan kimi tanıdılmasına xidmət edir. Bizim çalışdığımız qəzet cəmiyyət üçün həmişəyaşardır və yaşadıqca kollektivi də yaşadacaq... İş yoldaşım Tünzalə Xəlilova yaşca məndən kiçik və dövlət qəzetində təcrübəsi az olsa da, hər halda nümunəvi işçilərdəndəndir,daim öyrənməyə və bildiklərini yoldaşlarına, özündən sonra gələnlərə ötürməyə çalışır. Tünzalə xanım bu illərdə özünə, öz peşəsinə, öz qələminə və vəzifəsinə sadiq qalıb. Heç bir çətinlikdən qorxmayıb.


Universitet illərini xatırlayıram. Müəllimimiz, eyni zamanda tanınmış yazıçı Nurəddin Babayev bizə deyirdi ki, oxuduğunuz müddətdə sizə yazdığımız qiymətlərlə razılaşmayanlarınız ola bilər. Siz çalışın ki, həyatda öz qiymətinizi alasınız.
Bu gün tam cəsarətlə deyə bilərəm ki, Tünzalə Xəlilova da həyatda öz qiymətini almış mətbuat işçilərindən biridir. İş yoldaşları Elçin Vəliyev, Gülnar Novruzova, Rəhilə Əliyeva, Zəkurə Quliyeva Arzu Kərimova, Arzu Kazımova, Nərminə Əzimova, Rəsmiyyə Məmmədbağırova, Rahib Kərimli, Tahir Əfəndiyev, Nüşabə Qənbərli, Rüstəm Babayev, Dönməz Abbasov, Cəfər Kərimov, Şamil Kərimov, Mahmud Xudayarlı və digər iş yoldaşları deyirlər ki, Tünzalə xanım ömrünü yelə verməyib. O, hamının sevimlisidir, canıyanandır, hamının hörmətini saxlayır.
Çünki bu dövrdə o, öz işinə həmişə sadiq olub. Ürəyindəki dilində, beynindəki əməlində olan xanımdır. Məsəl var, deyirlər: dənəm, suyam, nəyəm, buyam. O da eləcə.
Sonda bu xoş günündə ona dostları adından cansağlığı, xoşbəxtlik, qadın səadəti, firavan həyat arzulayırıq.




































Son xəbərlər

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930