Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva tədbirdə iştirak edib



Aprelin 4-də Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimindən əvvəl filmdə rol alan Xalq artisti Qurban İsmayılov jurnalistlərə açıqlamasında filmin böyük zəhmət bahasına başa gəldiyini deyib.

"Tamaşaçılara tövsiyə edirəm ki, bu filmə baxsınlar, çünki belə şəxsiyyətlər çox az olur. Onlar haqqında film çəkmək bütün yaradıcı insanların borcudur. Bu film, eyni zamanda, gənc nəsil üçün bir nümunədir," - deyə o qeyd edib.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə hazırlanıb.

Nümayişdən əvvəl məlumat verilib ki, “Tağıyev: Çar” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin ikinci hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Çarı qarşılamaq təlaşı ilə paytaxt Bakının güc mərkəzləri hərəkətə keçir. Bu vəziyyətdə Hacı Zeynalabdin Tağıyev də öz çevik zəkası ilə vacib addımlar atır, qərarlar verir. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş Hacı bu zaman şəhər rəhbərliyi ilə ciddi mübahisələr də yaşayır.

Azərbaycan tarixinin tanıdılmasında və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət daşıyan dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim edilib. Filmin ilk bölümü ilin əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplayıb, onu kinoteatrlarda 70 mindən çox tamaşaçı izləyib. Eyni zamanda, film beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Ekran əsəri Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada təqdim edir.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətləri də dəstək verib.

Nümayişdən sonra çıxış edən ssenari müəllifi Zaur Qasımlı filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən və ictimaiyyət tərəfindən geniş marağa səbəb olan “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Şuşa, sən azadsan!” kimi filmlər istehsal edib.

“Tağıyev: Çar” bədii filminin treylerini aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=T2DO2juNRMo

Son xəbərlər

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930