GÜNAY BEHBUTOVA,
Tədbirin təşkilatçısı
HACIHƏTƏMLİDƏ ŞƏHİDLƏR ABİDƏSİ

Qəhrəmanlıq tarixi, şəhidləri, igidləri, hərbçilərilə qürur duyan doğma yurdum Hacıhətəmlidə 31 mart soyqırım günü münasibətilə böyük tədbir keçirildi. Mərasimdə kənd camaatının dəstəyilə tikilmiş “Şəhidlər bulağı”nın açılışı və ehsan süfrəsi təşkil olunmuşdu. Burada 1918-ci il erməni vəhşiliyi qurbanlarının, 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların, I və II Qarabağ müharibəsi şəhidlərinin adları və şəkilləri mərmər lövhədə əks olunmuşdur. Kəndin vətənpərvər və xeyirxah qızı Günay Beybutovanın təşəbbüsü və təşkilatçılığı ilə, xeyriyyəçi eloğlumuz, iş adamı Faml Bağıyevin, habelə kənd camaatının və ziyalıların dəstəyi ilə bu abidə kompleksi ərsəyə gəlmişdir. Abidənin tikintisində hər bir kənd sakini öz köməyini əsirgəməmişdir. Əslində burada kəndin son 100 illik tarixi öz əksini tapmışdır və artıq hamının böyük fəxarətlə üz tutduğu müqəddəs məkana- Ziyarətgaha çevrilmişdir. Kənd öz tarixinin çox maraqlı və unudulmaz səhifəsini yaşadı.

Hacıhətəmli 1918-ci il erməni soyqırımının qurbanı olmuş, 5 nəfər şəhid olmuş, kənd ermənilər tərəfindən yerlə yeksan olunmuş, dinc əliyalın əhali möhkəm silahlanmış erməni daşnaklarından qurtulmaq üçün Göyçay istiqamətində qaçaraq canını qurtarmışdır. Bu torpağa xilaskarlıq missiyası ilə gəlmiş Qafqaz İslam ordusunun köməyi ilə 1918-ci ilin iyulunda kənd errməni bolşevik-daşnak dəstələrinin işğalından azad olunmuşdur. Kənd uğrunda gedən döyüşlərdə türk zabiti Mustafa çavuş və 2 türk əsgəri şəhid olmuşdur. Minnətdar kənd camaatı türk şəhidlərin xatirəsini əziz tutaraq Sovet dövründə də bu qəbirləri qoruyub saxlamış və müstəqillik dövründə burada abidələr ucaldılmış, əlamətdar günlərdə bu abidələr ziyarət olunur. Uzun illər 15 sentyabr ilk dərs Türk Şəhid məzarı önündə keçirilirdi.

Yeni abidə bütün savaşların qəhrəmanlarının və şəhidlərinin adlarını bir yerdə cəmləşdirdi və vahid Şəhidlər Bulağı kimi ziyarətgaha çevrilmişdir. Artıq ailə quran gənclər ilk olaraq bu məkanı ziyarət edirlər.
Tədbirdə Hacıhətəmli və Mollaisaqlının sakinləri, məktəb kollektivləri, Bakıda yaşayan ziyalılar, şəhid ailələri, qazilər, hərbçilər və uşaqlar iştirak edirdilər. Böyük izdiham vardı həm abidənin ziyarətində, həm də onların ruhuna təşkil olunmuş ehsan süfrəsində..
Dövlət himni səsləndirildi. Tədbiri bu ideyanın və təşəbbüsün müəllifi Günay Beybutova açdı, abidənin yaranması tarixindən və ona dəstək olan insanlardan danışdı. Sonra xeyriyyəçi iş adamı Famil Bağıyev, yazıçı- jurnalist Xeyrulla Ağayev, telejurnalist Qorxmaz Şıxalıoğlu, müəllimlərdən Seyid Seyidov, Fəzayıl İsmayılov, həkim Niyaz Dadaşov, Şəhid valideynləri, ailə üzvləri, Vətən müharibəsinin iştirakçıları, zabitlər çıxış edərək bu abidənin ucaldılmasını şəhidlərin ruhuna, kəndin tarixinə böyük ehtiram əlaməti hesab edərək əməyi olanların hamısına minnətdarlıq ifadə etdilər, milli yaddaşımızın və gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını bildirdilər..

Sonra Hacıhətəmli məktəbi şagirdlərinn ifasında çox maraqlı və geniş kompozisiya nümayiş etdirildi. Hər bir şəhid haqqında məlumat verildi. Bütün toplaşanları təsirləndirən şəhidlər haqqında şeirlər və mahnılar səsləndirildi. Abidə önündə xatirə şəkilləri şəkildi. Şəhid ruhlarının sevindiyi bu gündə hamının üzündə qürur və fəxarət hissi aydın duyulurdu. Bu gündən bu məkan AND YERİMİZ olacaq- bu fikir alqışlarla qarşılandı. Bu isə hər şey demək idi əslində...


Xeyrulla Ağayev,
Yazıçı-jurnalist










Son xəbərlər

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031