Xəbərlər
14.03.2025, 01:26
Portuqaliya Prezidenti parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib
Portuqaliya Prezidenti Marselo Rebelu de Souza martın 13-ü axşamı müraciətində parlamentin buraxılmasını elan edib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, dövlət başçısının çıxışını RTP telekanalı yayımlayıb.
Qanunverici orqan martın 11-də Luiş Monteneqrunun hökumətinə etimadsızlıq göstərib. Portuqaliya Prezidentinin qərarı Dövlət Şurasının – konstitusiyaya əsasən, bu cür qərarlar üçün iştirakı məcburi olan məsləhət orqanının iclasından sonra qəbul edilib.
De Souza parlamentin buraxılmasından sonra növbədənkənar seçkilərin “əksər partiyaların üstünlük verdiyi tarix” olan mayın 18-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu, son üç ildə ölkədə keçirilən üçüncü parlament seçkiləri olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay