
Xəbərlər
23.04.2023, 10:40
Yunanıstan Prezidenti parlamenti buraxdı

Yunanıstan Prezidenti Katerina Sakellaropulu ölkə parlamentinin buraxılması haqqında fərman imzalayıb.
Turaztv.az yunan mətbuatına istinadən xəbər verir ki, parlamentin buraxılması və mayın 21-nə seçkilərin təyin edilməsi haqqında prezidentin fərmanı axşam saatlarında ali qanunverici orqanın mühafizəsinin rəisi briqada generalı Fotis Duitsis tərəfindən parlamentin şərq girişinin qapısındakı xüsusi lövhədə yerləşdirilib.
Sənəddə o da qeyd olunur ki, mayın 21-də keçiriləcək seçkilərin yekunu üzrə seçiləcək yeni parlament iyunun 1-də yeni deputatların and içəcəyi vaxt çağırılacaq, iyunun 2-də isə yeni parlament öz sədrini seçəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









