Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb - FOTO
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın Kubadakı Səfirliyində anım tədbiri keçirilib.

"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk öncə səfir Ruslan Rzayev çıxış edərək Azərbaycan xalqının 90-cı illərin əvvəllərində müstəqilliyə qədəm qoyduğu ilk vaxtlarda üzləşdiyi faciələr və çətinliklər haqqında danışıb. Səfir 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda dinc və mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırım barədə məlumat verib.

R.Rzayev Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin yalnız Xocalıda deyil, Azərbaycan xalqının məskunlaşdığı bütün Qarabağ ərazisində aparıldığını, xalqımızın 30 ilə yaxın bir müddətə öz tarixi torpaqlarından zorla didərgin salındığını söyləyib. Səfir Xocalı soyqırımı, eləcə də Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər, insan hüquqları və beynəlxalq humanitar hüququn kobud formada pozulması kimi faktları diqqətə çatdırıb.

R.Rzayev bu dəhşətli faciə zamanı uşaqlar, qadın və yaşlılar da daxil olmaqla 613 günahsız mülki şəxsin bir gecədə qəddarcasına Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirib. Səfir Xocalı soyqırımının Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldığını, eyni zamanda bütün insanlıq tarixinin ən qanlı cinayətlərindən biri olduğunu vurğulayıb.

R.Rzayev daha sonra 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarından danışıb. O, Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin sürətlə davam etdirildiyini, Xocalı sakinlərinin, eləcə də Ermənistan işğalından azad olunmuş digər rayon sakinlərinin artıq öz evlərinə geri dönməyə başladığını bildirib.

Sonra tədbirdə Azərbaycanda təhsil almış kubalı Elio Qamez və professor Rafael Tenreyro çıxış edərək mehriban və qonaqpərvər Azərbaycan xalqına öz başsağlığı diləklərini çatdırıblar. R.Tenreyero Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamın Azərbaycanda təhsil alan Kubalıları dərindən sarsıtdığını söyləyib. O, Xocalı və Qarabağ haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Azərbaycanın bu gün tarixi ədaləti bərpa etdiyini, öz torpaqlarını işğaldan azad etdiyini və Qarabağın dirçəldilməsi istiqamətində əməli işlər gördüyünü vurğulayıb.

Tədbir zamanı eyni zamanda “Xocalı, uşaqların gözü ilə” sərgisi nümayiş olunub.
Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb - FOTO
Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb - FOTO
Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb - FOTO

Son xəbərlər

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031