Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Fevralın 24-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım tədbirində Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media nümayəndələri iştirak ediblər.

Anım tədbiri çərçivəsində iştirakçılar Xocalı soyqırımına aparan hadisələr, soyqırımının baş verməsi və nəticələrini əks etdirən fotoşəkillərdən ibarət stendlərlə tanış olublar.

Rəsmi açılış mərasimində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edən nazir xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirib.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökumətinin, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının, o cümlədən vətəndaş cəmiyyətinin və diasporumuzun aktiv fəaliyyəti qeyd olunub.

Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilən qəddarlıqların, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərində yaşayan mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dövlət səviyyəsində Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlandığını bildirib. Bu kimi cinayətlərin törədilməsində birbaşa olaraq Ermənistanın məsuliyyət daşımasına baxmayaraq, hələ də məsul şəxslərə münasibətdə cəzasızlığa son qoyulmadığı diqqətə çatdırılıb.

Nazir Ermənistan tərəfindən postmünaqişə dövründə sülh və normallaşma prosesinə maneə yaradan hərbi-siyasi təxribatların törədilməsinə, o cümlədən beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə hədəflənən addımların atılmasına baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə hədəflənən sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu bildirib. Bu xüsusda, ədalətin bərpa olunmasının da regionda sülh və normallaşma gündəliyinə öz müsbət töhfəsini verəcəyinə dair inam ifadə olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu, olub” adlı tamaşa nümayiş etdirilib.
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir

Son xəbərlər

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

“Doğanın kanunu”ndan sonra bu seriala çəkiləcək

Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb

Güllünü öldürən doğma qızına ömürlük həbs verildi

Bu ölkədə 8 bal gücündə zəlzələ oldu

İranlı rejissor Handeni baş rol seçdi

Ana olacağını konsertində açıqlamışdı - Oğlu oldu

61 yaşlı qadın 5 saat plank vəziyyətində dayandı - Rekord qırdı

Bu virus 3700 il əvvəl yaranıbmış - Tarixi əlyazma ARAŞDIRILDI

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031