Xocalı soyqırımının günahsız qurbanları Dövlət Komitəsində anılıb - FOTO
Fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı faciəsini insanlığa qarşı ən amansız cinayət, vandallıq aktı adlandırıb. B.Muradova Ümummilli Lider Heydər Əliyevin sistemli yanaşması sayəsində Xocalıda baş verənlərin amansız soyqırımı, bəşəriyyət əleyhinə cinayət kimi təqdim edildiyini bildirib.

Xocalı hadisəsini törədənlərin bir qisminin artıq ədalət mühakiməsinə cəlb olunduğunu xatırladan sədr, bu qanlı cinayətdə iştirak edən hər kəsin beynəlxalq məhkəmələrdə müttəhimlər kürsüsündə də cavab verəcəyinə inamını ifadə edib. O, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra həmvətənlərimizin bu torpaqlara qayıdışını təmin etməklə faciə qurbanlarının ruhu qarşısında borcumuzun ödəndiyini qeyd edib. Xalqımızın mənafelərinə zidd olan bütün hərəkətlərə qarşı öz hüquq və imkanlarımızdan istifadə edərək mübarizə aparmağın vacib olduğunu vurğulayan B.Muradova, qarşıda yeni hədəflərin dayandığını deyib: “Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Hər bir qurum, hər bir təşkilat, hər bir vətəndaş bu hədəfə xidmət etməlidir”.

Tədbir zamanı Komitə əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Xocalı soyqırımının günahsız qurbanları Dövlət Komitəsində anılıb - FOTO
Xocalı soyqırımının günahsız qurbanları Dövlət Komitəsində anılıb - FOTO

Son xəbərlər

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031