
Xəbərlər
18.02.2025, 12:59
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinə yeni üzvlər seçildi - SİYAHI

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
MOK-un IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.
Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bugünkü baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










