Səhərki partlayışdan sonra 5 nəfər Bakıya gətirildi
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Masallıda baş verən partlayışla bağlı birgə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, hadisə bu gün səhər saat 07 radələrində Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

GƏLƏCƏK İNSANI GÖZLƏMƏDƏN GƏLİR

Məhərrəmlik ayı bu tarixdə başlayır

Sənubər Səhər : Xeyr və şər təlatümü

Xəlil Mirzə : Xəyal dünyam - FOTO

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

“Tvin Piks”in ulduzu vəfat etdi

Bakını bir də belə görün - Fotolar

Gözəl qardaşlara mərd bacı oldum - FOTO

Ərdoğan Paşinyanla danışdı

"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO

72 kq arıqlayan aktrisa tanınmaz halda - FOTOLAR

Putin onların suallarını cavablayacaq

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930