
Xəbərlər
10.02.2025, 20:38
PÜSTƏ RƏVAN : Bu gün ki, yaşayış tərzimiz məni çox narahat edir - FOTO
Mən çox düşünəndən sonra belə bir fikrimdən keçənləri öz münasibətimi bildirməklə sizlələ bölüşmək istədim.
Bu gün ki, yaşayış tərzimiz məni çox narahat edir.
Keçmiş zamanlarda yəni mən özümü anlayandan görmüşəm ki, atam işə gedib, anam bizimlə məşgul olub. Dərslərimizin öyrənməyimiz də, geyinimizə, dərs saat neçədə başlayır və biz evdən neçədə çıxmalıyıq və neçədə evə gəlməliyik. Beş bacı iki qardaş yeddi uşağa nəzarət anamın öhdəsində idi. Şükür hamımız ali təhsil aldıq və el adəti ilə ailə qurduq. Bunu demək istəyirəm ki, indi ailələrdə yaşayış çox dəyişib. Çünki, ata işləmir. Deyəndə işlə deyir iş yoxdu. Ailəni dolandırmaq ananın üzərinə düşür. Ana səhər saat 6 işə gedir. Oğlan və ya qız dərsə getməlidi. Onlarla nə ana, nə ata maraqlanmır. Dərs vaxtı çatanda əlinə keçəni geyinir gedir məktəbə. Düzdü indi məktəblərdə məktəb formaları var, bəzən kasıb ailələrin gücü çatmır almağa.
Deməli ata oturur evdə. Övladları ilə maraqlanmır, uşaqların dərsi nə vaxt qurtarır. Birdə görürsən dərsdən sonra qoşulurlar bir-birlərinə harasa gedirlər. Oğlanlar siqaret çəkirlər, qızlar pis vərdişlərə aludə olurlar. İndi ki, məktənlərdə son aylarda bıçaqlanmalar olur. Bu nədən irəli gəlir. Nəzarətsizlikdən. Məktəblərdə təlim tərbiyə üzrə direktor müavinləri var. Onlar nəzarət etməlidirlər şagirdlərə. Məktəb qapısında dayanıb yeni dərsə gələn şagirdləri yoxlamalıdılar. Bir neçə il bundan öncə polislər nəzarət edirdilər şagirlərə. Maarif nazirliyi tərəfindən DİN müqavilə bağlayıb hər məktəbdə bir nəzarətçi polis olmalıdır.
Keçən il avtobusla qızımgilə gedirdim. Əlimdə yük var idi. Cavan qız, oğlan oturub telefonla məşgul idilər. Bir neçə mən yaşda xanım ayaq üstə durmuşduq. Bir oğlan düşdü mən qızın yanında əyləşdim. Sakitcə dedim qızım sizə deməyiblər böyük gələndə yer ver. İnanın bu qız mənə çox ayıb olan sözlərlə təhqir elədi. Deməli məndən bir oturacaqda anası əyləşmişdi o da qızına qoşuldu mənə deyir sən bilirsən o kimdi onun 6 işçisi var. Dedim ay xanım mən ona alçaldıcı bir söz demədim. Dedim siz bu qızınızı bu gün müdafiə edirsiz sabah ailə quranda nə qaynana, nə ər, nə baldız, nədə qaynından söz eşidib deyəcək boşanıram. Avtobusda nə qədər sərnişin var idi onıarı qınadılar.
Geyimə gələndə qızlar dizləri çırıq, nəinki dizdən baldırları qalır bayırda bir eybəcər halda görünürlər. Üzür istəyirəm hər kimdən geyimləri bir qarış qarnı açıq halda qalır bayırda. Baxın bu qızların evlilikləri göz qalağındadır. İndi ki, qızlar ailə qururlar 5-6 aydan sonra boşanırlar. Deyəndə də deyirlər xasiyyətimiz tutmadı.
Bu telefon. Hər kəsdə telefon var. Məktəb də dəst vaxtı telefonla məşğul olurlar. Müəllim əlindən alanda gedib valideyninə şikayər edir, valideyində gəlir müəllimin üstünə sən nə haqla mənim uşağımın telefonun almısız. Sən mənim uşağıma telfon almısan əlindən alırsan. Ana ya ata uşağın dərsi ilə maraqlanmır gəlib uşağın müdafiə edib müəllimlərlə savaşırlar. Bu da uşağın tərbiyəsin çox pozur.
Bizim gözəl adət-ənənələrimiz var. Bizim dinimiz, mentalimentimiz var biz ona əməl etməliyir. Avropadan ən bizə xas olmayanları götürüb o ab hava ilə yaşayırlar.
İndiki televiziyalarda bəzi verlişlərdə artistlər özlərini açıb tökerlər yerəki mən varam baxın mənim bədənim qalıb bayırda. Mənə səs verin. Bu kimə lazımdı. Karifey müğənnilərimiz olub xalq artisti Zeynab Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova, Rübaba Muradova, Rahilə Həsənova gəlini Kəmalə Rəhimova, Təranə Vəlizadə necə abırlı geyiniblər.
Ürəyim doludu deməyə sözüm çoxdu. Yazdım ki, qoy hər kəsə rast gələn bu halların olmaması üçün əl-ələ verək bu abırsizlıqları aradan qalxmasına nail olaq. Rastımıza çıxana sakit, səmimi başa salıb yolunu azanı yoluna gətirək. Bilirəm çox çətindi, bir on nəfərdən heç olmasa 3-4 başa düşər dinə imana gələr.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

