“14 saat komada qalıb kliniki ölüm keçirmişəm, Allah məni övladıma görə sağ saxlayıb”
“Şəhər toylarına da gedirik, rayon toylarına da. Şəhər toyları daha bahalıdır. Çünki rayonda insanlarda o qədər də imkan yoxdur, amma şəhərdə nə qədər istəsəniz pul verirlər. Rayonda bunu nəzərə almaq lazımdır. Bizi xalq dolandırır, onlardır bizi yaşadan. Mən aza da, çoxa da şükür etmişəm. Aza min bərəkət. Müğənnilər var ki, elə qiymətə toya gedirlər ki, mən ağlıma sıxışdıra bilmirəm. İnsanları başa düşürəm. Elə ailə olub, deyib ki, “imkanım yoxdur, amma çox istəyərəm ki, övladımın toyunda siz oxuyasınız”. Gedib təmənnasız oxumuşam. Elə müğənni var ki, ayda iki toyu olur, amma mənim ən azı ayda 25 toyum olur”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Yusif Mustafayev deyib.

“Həyatdır, heç kim bilmir ki, ölüm onu harada yaxalayacaq. Kimin ağlına gələrdi ki, Tünzalə xanım (Toppuş bacı) bu tezliklə dünyasını dəyişəcək. Allah ona rəhmət etsin, inanıram ki, yeri cənnətdir. Mən də dəfələrlə ölümlə üz-üzə qalmışam, qurban olduğum məni saxlayıb. O vaxt toyda elektrik cərəyanı məni vurdu, 14 saat komada qaldım. Axşam saat 7-də bu hadisə baş vermişdi, səhəri gün saat 10-da ayılıb gördüm ki, atam və əmim başımın üstündə dayanıb. 14 saatda o biri dünyanın hər tərəfini görüb gəldim. Bilmirdim ki, cəhənnəmdir ya cənnət. 1 aydan sonra övladım olacaqdı, Allah bəlkə də məni övladıma görə sağ saxladı. Bir dəfə də ailəmlə Qubaya gedəndə avtomobil qəzasına düşdüm. Bu 19 il əvvəl olub. Qadın özünü maşının qabağına atmışdı. 2-3 dəqiqəlik kliniki ölüm keçirmişəm. Sənət dostlarım Elxan Şirinov və Baloğlan Əşrəfov mənə çətin günlərimdə arxa-dayaq durublar” deyə sənətkar bildirib.

Sənətkar həyatda çox sevdiyi anasının itkisindən də danışıb.

“Anamı artıq 4 ildir ki, itirmişəm. Heç kimə sirr deyil ki, mən onu nə qədər çox sevirdim. Həyat davam edir. Anamın iyini bacılarımdan, qızımdan alıram. 100 yaşın da olsa, əgər anan sağdırsa, sən özünü balaca hiss edirsən. Qohumlarım məni evdə, nəsildə ağsaqqal bilirlər” deyə sənətkar bildirib.

Əməkdar artist ailəsindən də danışıb.

“Deyirlər ki, gəminin kapitanı səriştəli olsa, Allahdan bəla gəlməyincə o gəmi qəzaya uğramaz. Hər şey böyükdən asılıdır. Biz özümüz evdə 10 bacı qardaş olmuşuq. Onların heç birini balalarımdan ayırmamışam. Özümün də 3 övladım, 8 nəvəm var. 5-10 manat qazansan belə, çalış onu tək yemə. Çalış ehtiyacı olanların hamısı ondan dadsın. İnsan da var ki, qazanıb, gizlədir, gizlətdikləri heç ona qismət olmur. Daim çörək arxasınca qaçmışam, bilməmişəm ki, balalarım necə böyüyüb. İndi bir az yaşlı vaxtımdır, evdə çox oluram. Babalıq dövrünü gözəl yaşayıram” deyə sənətkar bildirib.
Mənbə: moderator.az

Son xəbərlər

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930