Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO

Bu gün, sazlı - sözlü qədim Şirvan elinin gözəl şairəsi, İran, Türkiyə və bir çox türk dilli ölkələrdə tərcümə olunub, sevilə - sevilə şeirləri oxunan mərhum SOLMAZ ŞİRVANLININ mövlududur.
QEYD : Bu barədə Şamaxıda yaşayan söz adamı, qəzəlxan Hacı Ələkbər, səhər tezdən zəng edib bunu xatırladarkən bildirdi ki, bu gün, gözəl şairimiz Minarə Dadaşqızı və bir qrup Şirvan elinin Yazarları ilə mərhum şairəmiz Solmaz Şirvanlıya ehtiram əlaməti olaraq məzarın ziyarətə gedəcəyik. Gec deyildiyindən xatirələrimlə baş - başa qaldım. Yaddaşımı varaqladım...
Doğurdan da, Solmaz xanımı lap ilk günlərdən fb dən izləyirdim. Demək olar ki, bütün paylaşımların oxuyurdum. Çox gözəl söz sərrafıydı. Haradasa təxminən dünyasını dəyişməmişdən bir neçə ay əvvəl telefon vasitəsi ilə tanış olub danışmışdıq...
Bir dəfə, axşamüstü idi. Mobil telefonuma zəng gəldi.
- Alo, Elxasdı, Elxas Comərd.
Doğrusu səs tanış olmadığından, amma ləhcə doğmalığı məni çəkdiyindən, heç nə soruşmamış dərhal dedim,- bəli, Elxasdı.
Telefonun o biri başındakı doğma, şirin ləhcə yenidən eşidildi : - Solmazdı, Solmaz Şirvanlı.
Elə bil dünyanı mənə baxışladılar. Sevincə qarışan həyacanımdan nə cür, necə cavab verməyim marağımda deyildim. Elə hər sözümün başlancığında da, sonunda da, minnətdarlıq edə-edə qalmışdım. O gün xeyli, 3 saata yaxın danışdıq. Nə mən, nədə Solmaz xanım istəmirdik ki, doğma yerlərin xatirələrindən ayrılaq...
Çünki, Solmaz xanımgilin kəndi, bizim kənddən 3 klometirə yaxın, Bakıya tərəf bir məsafədə yerləşirdi. Həm rayon mərkəzinə, Ağsuya gedəndə həmişə bir avtobusda gedib, gəlirdik. Bundan başqa təmsil olunduğumuz kəndin kolxoz və sovxozlarının təsərrüfat əraziləri yanaşı idi. Buda bizim camaatı demək olar ki, tanışlaşdırmışdı. Elə bunların nəticəsi olaraq o ətrafda olan kənd camaatının böyük əksəriyyəti bir-biri qohumlaşmışdı. Həmdə o kəndlərin camaatının xeyli hissəsi artıq bir-birinin xeyir-şər işlərinə gedib, gəlirdi. Bizi yaxınlaşdıran məqamın biri də o idi ki, bizim məktəbli yaşımız ərəfələrində həmin bölgədə bəzi dağətəyi ( Ləngəbiz sıra dağları) kəndlərin bir çoxunda orta məktəb yox idi. O üzdən, böyük əksəriyyət 9 - 10 - cu sinifləri oxumaq üçün yaxınlıqdakı kəndlərdə yerləşən orta məktəblərdə təhsillərini başa vururdu. Bu da bir çoxunu sonda sinif yoldaşı etmişdi...
Demək olar ki, o gün bütün yuxarıda sadaladığım hallara dair yaşanan xatirələrdən danışdıq. Həmdə, söhbət əsnasında yaranmış qohumluq əlaqələrinin ilmələrin də sığalladıq.
Həmin gündən sonra Solmaz xanımın paylaşımlarına bir az doğmalaşdım. Bir dəfə hansısa dostlarından birinin "xanım" müraciətinə irad bildirib, - "mənə xanım demə" deməsi məni kövrəltmişdi. Ona görə ona bir şeir yazmaq qərarına gəlmişdim. Amma, istəyirdim ki, süprüz edəm. Bunu bacarmadım. Növbəti telefon danışığımız zamanı süprüzü pozdum. Bir neçə gün keçmişdi ki, Novruz bayramı ilə əlaqədar ona, mənim səhifəmə dostlardan birinin göndərdiyi video-roliki göndərib, bayramın təbrik etdim. Gördüm, çox əsəbləşib. Məni qınadı, söz verdiyim şeiri soruşdu. Bu qınaqın içində söz verdiyim şeirdən öncə "LİBASINDIR" şeirini mənə yazdırdı.
İlahi sevginin qatından gələn,
Hər cür cilalanmış söz, libasındır.
Tanrı qismət edən, o görkəm, duruş,
Şükür ki VARLIĞA, öz libasındır.

Demədim,yaxşısın tək mən yazacam
Ən gözəl sözlərin bükmün pozacam
Qəlbimə hopanın hökmün yazacam,
Sözdən alovlanan köz libasındır.

Bəyəm ehtiyacın varmı hər sözə?
Nə var ALLAH verib, görünür gözə,
Elxas, heç demədi, BACIM bir dözə,
Səbr, ALLAH adı, döz libasındır.

Bundan sonra bir az rahatlanmaq istəyirdim ki, yenə ehamın görüb, anladım ki, söz verdiyim şeiri mütləq yazmalıyam.
Amma yenə həmin şeir yox, başqa bir şeiri, "SİZƏ" şeirini yazmalı oldum. Belə izah verdim :
- "Mənə xanım deməyin şerindən sonra aylarla ürəyimdə kövrüklənən bu şeri, gözəl qəlbli, gözəl xanım, şairə, bacı timsallı Solmaz Şirvanlı ya həsr edirəm."
Ürəyimin içindəki sevgini,
İstəyirəm həsr eləyim, mən sizə.
Vurub, çıxıb, toplayaraq cəmini,
Bir bacı tək, kəsir eləyim, mən sizə.

Deyim sizə, olduğu tək qiyməti,
Hiss edirəm hər çəkdiyin zəhməti,
Tanrı verən dəyər kimi nisbəti,
İzah edib, nəsr eləyim, mən sizə.

Dəyər- ölçü, Tanrı verən qismətdir,
Özəyində, abır, həya, ismətdir,
Yazdıqların bunlara bir nisbətdir,
Təkrar yazıb, əsər eləyim, mən sizə.

Qovrulmusan,"tavasında" sən sözün,
Şirvanımın havasında sən özün,
Maya alb, paylamısan, od, közün,
Öz nurundan, qəsr eləyim, mən sizə.

Elxas deyər, hər bir sözün, tər-təmiz,
Bunla getsin, kədərimiz, qəmimiz,
Qoy batmasın söz ümmanda gəmimiz,
Sözlərimi əsir eləyim, mən, sizə.

Gördüm yox, söz verdiyim şeiri yazmasam xeyri olmayacaq.
Onuda vurğulayım ki, Solmaz xanım özü bir söz dəryası olmaqla yanaşı, həmdə bir ilham pərisi idi...
Elimin gözəl, dəyərli söz loğmanı, İran, Türkiyə və bir çox türk dilli ölkələrdə sevilə-sevilə oxunan, şairə Solmaz xanım Şirvanlıya söz verdiyim aşağıdakı şeiri tamamladım. Hələ buna qədər Solmaz xanıma başqa bir şeirdə yazmışam, yəqin ki, onu onun özünə göndərdiyim görə məndə qalmayıb.
"QOY SƏNƏ SÖYLƏYİM, AY SOLMAZ BACI".

Qəlbim yaman tutdu,sözündən səni,
Dedim bir soruşum, özündən səni,
Duyum baxışından, gözündən səni,
Bilim hər ağrını, olum əlacı,
Qoy sənə mən deyim, ay Solmaz
bacı.
Sən ki sözlərindən qala hörürsən,
Şerinlə Loğman tək şəfa verirsən,
Hər kəsə anatək,sevgi bölürsən
Neynirsən arşını, ya da qulacı,
Qoy sənə mən deyim, ay Solmaz
bacı.
Yurdumun gövhəri, zərisən özün,
Şirvanın igidi, nərisən özün,
Sən söz dəryasında "Pərisən" özün,
Sonra söylədiyim olmasın acı,
Qoy sənə mən deyim, ay Solmaz
bacı.
Elxasam, mən səni tanıyan gündən,
Həyan qandan gəlib,ismətin dindən,
Seçilib, fərqləndin yüzlərdən,mindən,
Başında bərq vurur səltənət tacı,
Qoy sənə söyləyim, ay Solmaz
bacı.

Sevə-sevə Solmaz Şirvanlıya həsr etdiyim bu şerlər, onun ruhu qarşısında bir ehtiramımdı...
SİZƏ ALLAHDAN RƏHMƏT DİLƏYİB, MƏKANIN CƏNNƏT OLSUN DEYİRƏM...
SƏNİN ÖZÜN CİSMANİ ARAMIZDA OLMASANDA, YARADICILIĞINA HÖPMUŞ RUHUN, POEZİYAMIZA VERDİYİN TÖHFƏLƏRİN HEÇ ZAMAN SOLMAYACAQ, SOLMAZ BACIM...

Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO
Ehtiramla, eloğlun   Elxas  Comərd. : GÖZƏL ŞAİRİMİZ SOLMAZ ŞİRVANLINI  ANARKƏN...FOTO

Son xəbərlər

Pentaqon: ABŞ kosmosda mübarizənin kəskinləşməsinə hazır olmalıdır

KİV: ABŞ husilərin Sənadakı aviabazasına zərbələr endirib

ABŞ-ın maliyyə naziri Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istisna etməyib

Paşinyan onları hədələdi - “Sizi tapdalayacağam”

Türk ulduzlar Ramazanda sərvət qazanacaqlar

Fransa bu raketlərini Ukraynaya göndərir

"Real Madrid" onu "Arsenal"dan 100 milyon avroya almaq istəyir

KİV: Avropa Ukraynaya qoşun göndərmək ideyasından uzaqlaşır

Daşdəmir ƏJDƏROĞLU : KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR - FOTOLAR

“O torpağın sahibi olmalıyıq” - Tramp

“Türkiyə oyuncaq deyil” - MHP sədri

Məşhur saç boyalarının tərkibində təhlükəli maddə aşkar edildi

MƏTİN BALAM - FOTO

Azərbaycanın futzal yığması Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib

Makron və Zelenski Parisdə görüşüblər

PÜSTƏ RƏVAN : İŞIĞA BOYLANSİN ƏMƏLLƏRİNDƏN - FOTO

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri

Ben ilk dəfə Cenifferlə ayrılıq səbəbindən danışdı - Foto

“Evi təmizləmək üçün bir gün vaxt istədi” - FOTOLAR

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb - FOTO

TUBU İMANOVA : Ay sevən ürəklər - FOTO

Naxçıvandakı bu dönərxanalarda nöqsanlar aşkar edildi

Ramazanın 27-ci günü - İmsak və iftar vaxtı

"Rusiyanı başa düşmürlər" - Putin

Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirib

ZƏNGİN TALEYİN İŞIĞINDA - FOTOLAR

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31