Xəbərlər
20.01.2025, 21:00
Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.
" Turaztv.az" "Report” -a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:
“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.
Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay