Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair müzakirələr aparılıb. Kaxovka bəndinin partladılması ilə bağlı heç bir şübhəyə yer qoymayacaq əhatəli təhqiqat aparılmasının önəmini qeyd edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bununla əlaqədar üzərinə düşəni etməyə hazır olduğunu deyib.

Türkiyə Prezidenti taxıl sazişinin qlobal qida böhranının qarşısının alınmasında həyatı rol oynadığını diqqətə çatdırıb, həmçinin Rusiya taxıl və gübrəsinin ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün göstərilən cəhdlərin fayda verdiyini bildirib.

Türkiyənin ədalətli sülhün bərqərar olması istiqamətində səy göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan döyüşlərin sona çatması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.

Xatırladaq ki, bu gün Türkiyə və Ukrayna prezidentləri arasında da telefon danışığı olub. Prezident Rəcəb Tayyib Ərdoğan söhbət əsnasında Kaxovka bəndinin partladılması ilə əlaqədar ukraynalı və rusiyalı ekspertlərin, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin təmsilçilərindən ibarət komissiyanın yaradılmasını təklif edib.

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930