
Xəbərlər
19.01.2025, 19:23
Sveta Şəms Bünyadova : Sənsiz dünyam adiləşir, darıxıram - FOTO
Sənsiz dünyam adiləşir, darıxıram
Billəmmədim bu sevdanın mən nəsiyəm,
Düşünmə ki dönüb sənə gələsiyəm,
Əzəl gündən gözlərinin teşnəsiyəm,
O gözlərin yada düşür,darıxıram...
Bilirdin ki təkcə sənsən dərdim-sərim,
Bu dünyada ümüd yerim, güman yerim,
Hər gün bir- bir puça çıxır ümüdlərim,
Xəyallarım düyün düşür,darıxıram...
Duyğularım çəkim- çəkim, daram- daram,
Bilirsən ki könlüm acdı:Mən doyuram,
Öz özümə alışsamda toxtayıram,
İçimdə dərdlər mələşir,darıxıram...
Bacarmadım varlığıma qatım səni,
Həb eyləyib bir dəfəlik ut(d)um səni,
İstəyirəm ürəyimdən atım səni,
Sənsiz dünyam adiləşir, darıxıram...
Düşünmə ki dönüb sənə gələsiyəm,
Əzəl gündən gözlərinin teşnəsiyəm,
O gözlərin yada düşür,darıxıram...
Bilirdin ki təkcə sənsən dərdim-sərim,
Bu dünyada ümüd yerim, güman yerim,
Hər gün bir- bir puça çıxır ümüdlərim,
Xəyallarım düyün düşür,darıxıram...
Duyğularım çəkim- çəkim, daram- daram,
Bilirsən ki könlüm acdı:Mən doyuram,
Öz özümə alışsamda toxtayıram,
İçimdə dərdlər mələşir,darıxıram...
Bacarmadım varlığıma qatım səni,
Həb eyləyib bir dəfəlik ut(d)um səni,
İstəyirəm ürəyimdən atım səni,
Sənsiz dünyam adiləşir, darıxıram...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










