Xəbərlər
15.01.2025, 20:16
Sveta Şəms Bünyadova : Ay mənim gözümü yolda qoyanım - FOTO
Ay mənim gözümü yolda qoyanım
Qurtara bilmirəm bu dərdi-sərdən,
Səni gözləyirəm səmadan, yerdən,
Qoyma darıxmağa, zəng elə hərdən,
Qıyma viran olum, qoyma talanım,
Ay mənim gözümü yolda qoyanım...
Gözümə görün ki gözüm dolmasın,
Bənizim saralıb, çöhrəm solmasın,
Mən sənə sadiqəm, şübhən olmasın,
Ey bal həqiqətim, şirin yalanım,
Ay mənim gözümü yolda qoyanım...
Darıxmaq mənimçün əzabdı, dərdi,
Yetim arzularım boynun əyibdi,
Könlüm sənin üçün qəribsəyibdi,
Sənsiz kimsəsizdir, döngəm, dalanım,
Ay mənim gözümü yolda qoyanım...
Sən yalan dünyamda ləlim, gövhərim,
Sən könül sirdaşım, sən ümid yerim,
Hər gün duadadır sənə əllərim,
Sən həm həyanımsan, həm də gümanım,
Ay mənim gözümü yolda qoyanım...
Səni gözləyirəm səmadan, yerdən,
Qoyma darıxmağa, zəng elə hərdən,
Qıyma viran olum, qoyma talanım,
Ay mənim gözümü yolda qoyanım...
Gözümə görün ki gözüm dolmasın,
Bənizim saralıb, çöhrəm solmasın,
Mən sənə sadiqəm, şübhən olmasın,
Ey bal həqiqətim, şirin yalanım,
Ay mənim gözümü yolda qoyanım...
Darıxmaq mənimçün əzabdı, dərdi,
Yetim arzularım boynun əyibdi,
Könlüm sənin üçün qəribsəyibdi,
Sənsiz kimsəsizdir, döngəm, dalanım,
Ay mənim gözümü yolda qoyanım...
Sən yalan dünyamda ləlim, gövhərim,
Sən könül sirdaşım, sən ümid yerim,
Hər gün duadadır sənə əllərim,
Sən həm həyanımsan, həm də gümanım,
Ay mənim gözümü yolda qoyanım...
15.01.2025.0404
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











