ADA Universitetində Mərkəzi Bankın rəhbər əməkdaşları üçün təlimlər davam etdirilir - FOTO
ADA Universitetinin İxtisasartırma Proqramı 2025-ci ilin ilk təlim proqramına Azərbaycan Respublikası Mərkəzi Bankı ilə start verib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ADA Universitetində Mərkəzi Bankın rəhbər heyətinin növbəti qrupu üçün "Liderlik səriştələri üzrə təlim proqramı"nın açılış mərasimi keçirilib.

Açılışda akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun müşaviri Aygün Hacıyeva, eləcə də Mərkəzi Bankın sədrinin müavinləri Gülər Paşayeva, Əli Əhmədov və baş direktoru Fuad İsayev çıxış ediblər.

Çıxışçılar vurğulayıblar ki, sürətlə dəyişən iş mühitinin tələblərinə uyğunlaşmaq peşəkar mühitdə çevik, strateji, nəticəyönümlü yanaşmanı və daimi öyrənməni iş prosesinin bir hissəsinə çevirməyi tələb edir. Bu baxımdan, hərtərəfli tədris proqramlarına və müasir təlim metodlarına malik olan ADA Universiteti peşəkarların akademik və qeyri-akademik müstəvidə inkişafını dəstəkləyir.

Qeyd edilib ki, proqramın bu il də davam etdirilməsi onun əməkdaşların inkişafına qatdığı əlavə dəyərdən, təlim-tədris metodologiyasının keyfiyyətindən və komanda üzvlərinin ortaq və fərqli fikirlərini bölüşmələri üçün əlverişli platforma təqdim etməsindən xəbər verir.

Əlavə edilib ki, İxtisasartırma Proqramı vasitəsilə yerli və xarici peşəkarları, dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən ADA Universiteti həm ölkəmizdə gedən müxtəlifyönlü islahatları dəstəkləyir, həm də beynəlxalq ekspertlərin uğurlu təcrübələrini bizimlə bölüşmələri üçün əməkdaşlıq və təcrübə mübadiləsini təmin edir.

Qeyd edək ki, ötən il 44 nəfər iştirakçı ilə başlayan sözügedən proqram bu ilin may ayınadək ümumilikdə 75 nəfər əməkdaşı əhatə edəcək.

Onlar beyin fırtınası, real hadisə analizləri və simulyasiyalarda iştirak edəcəklər. 9 modul üzrə 54 saatadək tədris müddətini əhatə edəcək proqram zamanı iştirakçılar liderlik bacarıqlarının inkişafı, biznes etikası, emosional zəka, liderlik kommunikasiyası, proseslərin idarəolunması, qərar qəbulu, dəyişikliklərin idarəolunması, böhran vəziyyətlərinin idarəolunması və böhran kommunikasiyası və strateji idarəetmə kimi mövzularda bilik və bacarıqlarını artıracaqlar.
ADA Universitetində Mərkəzi Bankın rəhbər əməkdaşları üçün təlimlər davam etdirilir - FOTO
ADA Universitetində Mərkəzi Bankın rəhbər əməkdaşları üçün təlimlər davam etdirilir - FOTO

Son xəbərlər

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031