
Xəbərlər
10.01.2025, 16:46
Los-Ancelesdəki yanğınlara görə bir nəfər saxlanıldı - Fotolar

Amerika polisi Los-Ancelesdə güclü meşə yanğınlarını törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.
Bu barədə məlumatı şəhərin polis zabiti Şon Dinsə istinadən “NewsNation” yayıb.
Los-Anceles prokuroru Natan Hohman bildirib ki, yanğını törədən şəxslərlə bağlı maksimum cəza tətbiq ediləcək.
Xatırladaq ki, Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən davam edir. Los-Ancelesdə 100 mindən çox sakin təxliyə barədə bildiriş alıb. Ən son məlumata görə, hadisə səbəbindən 10 nəfər həlak olub.





Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











