Xəbərlər
3.01.2025, 01:24
İlk peyk ermənilərə baha-başa gəldi - Dəymiş ziyanın məbləği gizlədilir
Kosmosa buraxılan ilk erməni peykinin itirilmiş orbitləri korrupsiya qalmaqalının mərkəzindədir. Peyk proqramında mümkün sui-istifadə halları ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları dövlətə dəymiş ziyanın məbləğini gizlədir, üstəlik, hətta cinayət işinin başlanmasını dövlət sirri hesab edirlər.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Xatırladaq ki, kosmosa buraxılan ilk erməni peyki ilə bağlı CPA-da cinayət işi araşdırılır. Məlumata görə, iş Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin peyk proqramında mümkün sui-istifadələrlə bağlıdır. O vaxt nazir hazırkı prezident Vaaqn Xaçaturyan idi.
Müvafiq qurumlar isə növbəti korrupsiya qalmaqalı ilə bağlı hər hansı rəsmi məlumat verməkdən imtina edirlər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay