Misir kosmosa yeni peyk göndərib
Misir Kosmik Agentliyinin baş direktoru Şərif Sidki bildirib ki, bu gün Çindən ikinci uzaqdan zondlama peyki “Horus 2” orbitə çıxarılıb. Bundan əvvəl - fevralın sonunda Çinin şimal-qərbindəki Jiuquan Kosmik Mərkəzindən “Horus 1” peyki Günəşlə sinxron Aşağı Yer Orbitinə (LEO) çıxarılmışdı.

AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, “Horus” peykləri Misirin 2030-cu ilə qədər davamlı inkişaf üçün strateji hədəfinə uyğun olaraq orbitə buraxılıb. “Horus 2” müxtəlif sektorlarda istehsal edilən ən yaxşı məhsulları müəyyən edəcək, Misirin təbii ehtiyatlarından istifadəni yaxşılaşdıracaq və ixracı artıracaq. Ş.Sidki deyib ki, peyklərin Yerə ötürəcəyi məlumatlar sayəsində torpaqlardan ən yaxşı şəkildə istifadə olunacaq, bu da özünü ərzaqla təmin etməyə və valyutaya ehtiyacın azalmasına gətirib çıxaracaq. “Horus” peykləri yüksək texnologiyalarla təchiz olunub və çoxspektrli təsvir kameralarına malikdir.

"Horus” peykləri Misir və Çinin strateji əməkdaşlığının bir hissəsidir. İki ölkənin ekspertlər qrupu bu peyklərin inkişafı, istehsalı və sınaqlarını həyata keçirib. Pekin və Qahirə bu əməkdaşlıq vasitəsilə peyk sənayesi və texnologiyasının lokallaşdırılmasında əsas məqsədlərindən birinə nail olublar. 2019-cu ilin avqustunda Prezident Əbdülfəttah Əs-Sisinin göstərişi ilə yaradılan Misir Kosmik Agentliyi bu peykləri məhz ölkə ərazisində istehsal etməyi nəzərdə tutur.

1998-ci ildə kosmosa telekommunikasiya peyki buraxan ilk ərəb ölkəsi olan Misirin uzaqdan zondlama və kosmik elmlər üzrə milli təşkilatı ilə Ukraynanın “Yujnoye” bürosu arasında əməkdaşlıq çərçivəsində hazırlanmış birinci uzaqdan zondlama peyki “EgyptSat 1” 2007-ci ildə kosmosa göndərilib. İkinci uzaqdan zondlama peyki “EgyptSat 2” 2014-cü ilin aprelində buraxılıb, lakin 2015-ci ilin fevralında kosmosda itib. Onu əvəzləmək məqsədilə dörd il sonra Misir Qazaxıstandakı “Baykonur” kosmodromundan “EgyptSat A” peykini fəzaya göndərib.

Son xəbərlər

Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031