Xəbərlər
31.12.2024, 01:13
Əsəddən sonra 35 mindən çox qaçqın Türkiyədən Suriyaya qayıdıb
Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya NTV telekanalının efirində bildirib.
“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.
O, həmçinin Türkiyənin Dəməşqdəki səfirliyində qaçqınlarla iş üzrə nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay