Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?
Xəbər verdiyimiz kimi, hakim “Gürcü Arzusu” partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən Gürcüstanın yeni liderinin tərcümeyi-halını təqdim edir:

Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisi şəhərində anadan olub. Kiçik yaşlarından futbola olan marağı onun yolunu yaşıl meydanlarla kəsişdirib.

Peşəkar futbolçu kimi karyerasında 1989-cu ildə Tbilisi “Dinamo”sunda başlayıb.

1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyunda iştirak edib və aktivinə 9 qol yazdırıb.
Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?

Bacarıqlı hücumçu, 1995-ci ildə Rusiyanın “Spartak Vladiqafqaz” klubunda özünü təsdiqləyib.

1996-cı il martında isə İngiltərənin “Mançester Siti” klubuna transfer olunub.

Bu klubda debüt oyunu həmin ilin aprelin 6-da “Mançester Yunayted”lə derbi matçına təsadüf edib. Həmin matçda adını tabloya yazırmağa da nail olub.
Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?

“Mançester Siti” aşağı liqaya düşdükdən sonra o, Futbol Liqasının Birinci Divizionunda 24 oyuna 2 qolla yadda qalıb. Bu göstərici onun müqaviləsinin yenilənməsinə kifayət etmədiyi üçün 1998-ci ildə İsveçrə “Grasshoppers” klubuna icarəyə göndərilib.

Kavelaşvili burada 1997-98-ci il mövsümündə ölkə çempionluğunu qazanıb.

Sonralar İsveçrənin “Sürix” və “Lütsern” də daxil olmaqla bir neçə klubunda çıxış edib.

2005-2006-cı illərdə İsveçrə “Bazel”ində çıxış edib və bu da onun peşəkar futbolçu karyerasının son klubu olub.

2009-cu ildə Gürcüstanda Beynəlxalq Peşəkar Futbolçular Federasiyasını təsis edib. Hazırda həmin federasiyanın fəxri prezidentidir.
Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?

Siyasi karyerasına isə ilk dəfə 2016-cı ildə başlayıb.

Bu zaman “Gürcü Arzusu” partiyasından Gürcüstan parlamentinə deputat seçilib. O, 2022-ci ildə “Gürcü Arzusu”ndan ayrılıb və “Xalq Gücü” partiyasının həmtəsisçisi olub.
Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?

2024-cü ildə dekabrın 14-nə təyin edilmiş seçkilərdə “Gürcü Arzusu” tərəfindən Gürcüstanın prezidentliyinə namizəd kimi Kavelaşvilinin adı irəli sürülüb.

Bu gün isə 300 səsdən 224-nü toplayaraq Gürcüstanın altıncı prezidenti seçilib.

Qeyd edək ki, Gürcüstanın ümümxalq sərverməsi olmadan seçiilən ilk liderinin andiçmə mərasimi dekabrın 29-da olacaq.
Futbolçu idi, ölkə Prezidenti oldu - Kavelaşvili kimdir?

Qeyd edək ki, “Gürcü Arzusu” partiyasının baş katibi, mer, Kaxa Kaladze də vaxtilə yaşıl meydanlarda çıxış edib. O, İtaliya nəhənglərindən “Milan”da çıxışı ilə məşhurlaşıb.

Hazırladı: Telli Minbir

Son xəbərlər

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib

Tramp Omanı hədələdi

İyunun ilk günü hava necə olacaq?

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

78 uşaq himayədar ailələrə verildi

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Qar yağıb, dolu düşüb

20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi

Xameneinin dəfn mərasiminə hazırlıq başladı

“Hizbullah” İsrailin şimalına 100 raket və PUA buraxıb

UEFA Superkubokunda onlar qarşılaşacaqlar

Fransa polisi PSJ azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib

“Uzak Şehir”in aktyorları sevgilidir? - Fotolar

Atlaz Rzayi : Turan doğuluş adı, Turan dirilik adı - FOTO

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal

AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa etdi

KİV: Tramp Vensin öz varisi olacağına əmin deyil

Sən şirinsevənsən - FOTO

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO

Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO

Masazırda 8 saat işıq olmayacaq

Konqoda Ebola virusu sürətlə yayılır

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Duzsuz qida erkən ölüm riski yaradır? - ARAŞDIRMA

MƏNƏ YETİM DEMƏYİN SİZ.

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031