Xəbərlər
22.09.2024, 22:28
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti” Londonun “Arsenal”ı ilə sülhə razılaşıb.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, “Siti of Mançester” stadionunda baş tutmuş oyunu baş hakim Maykl Oliver idarə edib.
“Mançester Siti”nin qollarını Erlinq Holann (9-cu dəqiqə) və Con Stounz (90+8) vurub. “Arsenal”ın heyətində isə qolları Rikkardo Kalafiori (22) və Qabriel (45+1) vurub. Holann “Mançester Siti”də 100-cü qolunu vurub, norveçli hücumçu klubda 105-ci oyununu keçirib. İlk hissəyə əlavə edilmiş səkkizinci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossard ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Arsenal” 2015-ci ilin yanvarından Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddətdə “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.
“Şəhərlilər” 13 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti pillələrdə isə “Liverpul” (12), “Aston Villa” (12) və “Arsenal” (11) qərarlaşıb. Növbəti turda “Arsenal” sentyabrın 28-də “Lester”i qəbul edəcək, “Mançester Siti” isə həmin gün səfərdə “Nyukasl”la qarşılaşacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay