BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

28 noyabr 1578-ci ildə Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Səfəvi qüvvələri qalib gəlib. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nəzarətindəki Dərbəndə geri çəkilib. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı itirməsi ilə (1590) nəticələndi.

Bəs, noyabrın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 28 noyabr 1520-ci ildə dünya coğrafiya tarixinə yeni okeanın – Sakit okeanın adı düşüb. Portuqaliyalı dəniz səyyahı Fernan Magellan Avropadan Amerikaya səfəri zamanı Cənubi Amerika sahillərindən keçərək yeni okeana çıxıb və onu Sakit okean adlandırıb.

2. 1789-cu ilin 28 noyabrında Fransız həkimi Jozef Gilyoten edam alətini – gilyotini Fransa Məclisinə təqdim edib.

3. 28 noyabr 1893-ci ildə qadınlar ilk dəfə olaraq Yeni Zelandiyada seçkidə iştirak ediblər.

4. 1909-cu ilin bu günündə Fransa hökuməti doğuş keçirən qadınlara 8 həftə ödənişsiz məzuniyyət hüququ verib.

5. 28 noyabr 1938-ci ildə Mustafa Kamal Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanıb.

Vəsiyyətnaməyə əsasən Atatürk pulunu, Çankayadakı mülkünü Cümhuriyyət Xalq Partiyasına bağışlayıb. O, pulunun faizindən yaxınlarına, mənəvi övladlarına aylıq məbləğin, İsmət İnönünün övladlarına isə ali təhsil haqqı ödənişi kimi müəyyən vəsaitin verilməsi şərtini qoyub. Atatürk faizdən gələcək vəsaitin qalan hissəsinin isə hər il Türk Dil və Tarix idarələri arasında bölünməsini vəsiyyət edib.

6. 1943-cü ilin 28 noyabr tarixindә Amerika Birlәşmiş Ştatlarının prezidenti Ruzvelt İngiltәrә baş naziri Çerçil vә SSSRİ-nin lideri Stalin Tehran zirvә toplantısında bir araya gәliblәr. Zirvә görüşü üç gün davam edib.

7. 28 noyabr 1969-cu ildə İtaliyada boşanma qanuniləşdirilib.

8. 1977-ci ilin 28 noyabr tarixindә Yeni Zelandiyadan Antarktidaya uçan sәrnişin tәyyarәsi Ros adası yaxınlığında qәzaya uğrayıb. Qәza nәticәsindә 257 nәfar hәlak olub.

9. 28 noyabr 2018-ci ildə UNESCO Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında (Port Luis, Mavriki) Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyası UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.

Noyabrın 28-də bu şəxsiyyətlər xatırlanır:

1. 28 noyabr 1852-ci ildə şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

2. 28 noyabr 1907-ci ildə maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.

3. 28 noyabr 1933-ci ildə Əməkdar artist, vokal ifaçısı Adil Məlikov (1933 – 19.5.2009) doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.

4. 28 noyabr 1939-cu ildə bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova (1939 – 17.7.2022) anadan olub. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.

5. 28 noyabr 1940-ci ildə tanınmış şair, aşıq Alqayıt Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) anadan olub.

6. 28 noyabr 1943-ci ildə Əməkdar rəssam Rafael Abbasov (1943 – 3.12.2020) anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.

7. 28 noyabr 2009-ci ildə Xalq rəssamı Rafiq Mehdiyev (10.6.1933 – 2009) vəfat edib. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir. (Bizim.Media)

Son xəbərlər

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031