Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib
Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031