ADPU-da Vətən müharibəsi iştirakçısı olan tələbələrlə görüş keçirilib
Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vətən müharibəsi iştirakçısı olan və hazırda universitetdə təhsil alan tələbələrlə çay süfrəsi arxasında səmimi görüş keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və 6 nəfər Vətən müharibəsi iştirakçısı olan tələbə iştirak edib.

Rektor Cəfər Cəfərov tələbələri salamlayaraq, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Pedaqoji Universitetin tələbə və məzunları da yaxından iştirak ediblər. Universitetin yüzlərlə tələbə və məzunu döyüşlərdə iştirak edib ki, onlardan 18 nəfəri şəhid olub. 11 nəfər müharibə iştirakçısı hazırda universitetin müxtəlif fakültələrində təhsil alır.

Tələbələrə döyüşlərdə göstərdikləri şücaətə və ərazi bütövlüyümüzün bərpasındakı xidmətlərinə görə təşəkkürünü çatdıran rektor universitet tərəfindən daim bu kateqoriyadan olan tələbələrin xüsusi diqqətdə saxlanıldığını vurğulayıb.

Daha sonra tələbələrin döyüş yolu və müharibə xatirələri dinlənilib. Həmçinin onların problem və təklifləri müzakirə olunaraq, zəruri dəstək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən tələbələr göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Onlar bu diqqəti təkcə bu günlərdə deyil, həm tədris, həm də digər məsələlərdə daim üzərlərində hiss etdiklərini qeyd ediblər.
ADPU-da Vətən müharibəsi iştirakçısı olan tələbələrlə görüş keçirilib

Son xəbərlər

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031