Pedaqoji Universitetə növbəti beş il üçün akkreditasiya şəhadətnaməsi təqdim olunub - FOTO
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor Cəfər Cəfərov ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova arasında görüş keçirilib.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, rektor Cəfər Cəfərov vurğulayıb ki, ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə detallı meyarların hazırlanması və akkreditasiya prosesinin keçirilməsi hər bir ali məktəbə, o cümlədən ADPU-ya öz fəaliyyətinə meyarlar əsasında obyektiv xarici baxışla tanış olmaq və növbəti strateji planlaşdırmalarında bu nəticələrə istinad etməyə imkan verir. Rektor bildirib ki, ADPU kollektivi universitetin 2016-2022-ci illərdəki fəaliyyətini əhatə edən institusional akkreditasiya prosesindən uğurla keçib.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova akkreditasiya prosesinin təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulması və tətbiqinə xidmət etdiyini diqqətə çatdıraraq, akkreditasiya prosesini uğurla başa vurduğuna görə ADPU kollektivini təbrik edib, universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov diqqətə çatdırıb ki, institutisional akkreditasiya prosesini uğurla tamamlayan ADPU növbəti mərhələ kimi proqram akkreditasiyasını səbirsizliklə gözləyir.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri rektora Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il 8 iyun tarixli qərarı ilə ADPU-nun 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni təqdim edib.

Sonda TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova ADPU-nun qonaq kitabına ürək sözlərini qeyd edib.
Pedaqoji Universitetə növbəti beş il üçün akkreditasiya şəhadətnaməsi təqdim olunub - FOTO
Pedaqoji Universitetə növbəti beş il üçün akkreditasiya şəhadətnaməsi təqdim olunub - FOTO

Son xəbərlər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031