ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun Günü” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə məzunları təbrik edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycanın ilk anadilli ali təhsil müəssisəsinin 102 il ərzində 170 minədək peşəkar müəllim kadrları yetişdirdiyini vurğulayıb. Rektor deyib: “Müqəddəs müəllimlik yoluna qədəm qoyarkən hər bir dəyərli məzunumuza dəyişilməz bir qaydanı xatırlatmaq istərdim: Bu günün və sabahın müəlliminin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir. Buna görə də ixtisas bilikləri ilə yanaşı, milli kimliyə, peşəkar və daimi inkişaf etdirilən davranış səriştələrinə, rəqəmsal və xarici dil bacarıqlarına malik olmaq lazımdır.”

Rektor bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan uğurlu təhsil siyasəti və ADPU-da aparılan islahatlar nəticəsində müəllimlik peşəsinin nüfuzu xeyli artıb, tələbələrimizin yüksək keyfiyyətli tədris şəraiti ilə təmin olunması üçün xeyli iş görülüb. ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramı 2020-ci ildən uğurla həyata keçirilir. Belə ikili diplom və mübadilə proqramlarının sayının artırılması, qabaqcıl təcrübələrin öyrənilərək tətbiq edilməsi üçün davamlı iş aparılır. Hazırda universitetdə Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul aparılır. Qeyd etmək yerinə düşər ki, cari tədris ilindən artıq “Türk dili və ədəbiyyatı müəllimliyi” və “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarına, magistratura səviyyəsində isə “Ali təhsilin təşkili və idarə olunması” ixtisaslaşmasına qəbul aparılacaq. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və 600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur. Bu da artan tədris keyfiyyəti, peşəkar kollektiv, yenilənən infrastruktur, şəffaf imtahanlar və akademik dürüstlüyün təmin oldunduğu təhsil məkanı ilə birbaşa bağlıdır.

Çıxışda qeyd olunub ki, universitet tərəfindən məzunların məşğulluğunun monitorinqi aparılır, onlarla daimi əlaqə saxlanılır. ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ilin nəticələrinə görə, təxminən 76 faiz təşkil edir.

Sonra məzunlardan təhsil aldığı müddətdə yüksək akademik göstəricilər əldə edən və universitetin ictimai həyatında xüsusi fəallığı ilə fərqlənənlərə fəxri fərmanlar verilib.

“Məzun Günü” tədbiri konsert proqramı ilə davam edib.
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR
ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ildə 76 faiz təşkil edir - FOTOLAR

Son xəbərlər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031