Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Portretdən cizgilər ...
ÜRƏK ADAMI

Haradasa oxumuşam, məşhur dahilərdən biri belə deyib: “Elmli, savadlı olmaq, öz sənətinin, peşəsinin bilicisi, yüksək mütəxəssisi olmaq, yüksək natiqlik qabiliyyətinə malik olmaq və insan psixologiyasını dərindən bilmək hələ ziyalı olmaq demək deyil. Əsl ziyalı millətin görən gözü, düşünən beyni və danışan dili olmalıdır. O, məddahlıqdan uzaq olub, xalqının dərdini, problemlərini lazım olan yerdə deyib və onların həllinə var qüvvəsilə çalışmalıdır”. Çox əfsus ki, bu gün məmləkətimizdə belə ziyalılar çox azdır... Əgər belə ziyalılar çox olsa, onda bu qədər problemlərimiz, milli ayrı-seçkilik olmaz...
YADDAQALAN GÖRÜŞ

Uzun illər yalnız adını eşitdiyim, bir il əvvəl isə daha yaxından tanıdığım və dəyərli dostlarımın sırasında gördüyüm Yaşar Nuriyev, sözün əsl mənasında, daha böyük ziyalıdır. Bir il əvvəl, elə bu vədələrdə daha bir dostumuz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının sədri, xeyirxah ziyalımız Hafiz Kərimovla telefon danışımız zamanı sanatoriyada dincəlməyimi, müalicə almağımı biləndə sözarası vurğuladı ki, haqqında söz açdığım Yaşar müəllim də Mərdəkandakı “Günəşli” nevroloji sanatoriyasında müalicə alacaq.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Yaşar müəllimi xarakterizə edəndən sonra qeyd etdi ki, onunla darıxdırıcı olmayacaq. Bəli, göndəriş vərəqəsinə yazılmış tarixdə ikimiz də sanatoriyanın həyətində olduq. İlk baxışdan səliqə-sahmanı, alicənablığı və ziyalılığı ilə diqqətimi cəlb etdi. Bir neçə dəqiqəliyə həmsöhbət olduq. İkimiz də qeydiyyatdan keçdik, eyni otaqda müalicəmizi davam etdirməyə qərar verdik. Həmin günün necə keçdiyini, xasiyyətimizin bir-birini tamamladığını, ümumiyyətlə, sanatoriya müddətinin necə başa çatmasını hiss etmədik. Biz dostlaşdıq, sirdaş olduq. Hafiz müəllimin Yaşar müəllim haqqında təqdimatının yanlış olmadığını gördüm və telefonla ona təşəkkürümü bildirdim.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Yaşar müəllimlə olduqca maraqlı söhbətlərimiz oldu. Şirin xatirələri danışdıqca ona heyran qalırdım. Sanatoriyada daha çox ülfət bağladığım və qəlbən bağlandığım Yaşar Nuriyev ziyalı, sözün həqiqi mənasında, əsl ziyalıdır. O, hələ lap cavanlıq yaşlarından özünün ağlı, savadı, təşkilatçılığı, musiqiyə, ədəbiyyata, idmana, ələlxüsus da təbiətə bağlılığı ilə ətrafında olan həmyaşıdlarından seçilib. Artıq həmyaşıdları və ondan cavanlar bu insana ağsaqqal kimi baxıb və yeri gələndə onunla məsləhətləşiblər. Eşitdiklərimdən bəlli olur ki, tanıdığım bu insan lap cavanlıq illərindən həqiqətən böyük şəxsiyyət kimi özünü hər addımda təsdiq edib. Hətta Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə İsmayıllıda baş vermiş zəlzələnin törətdiyi ağır fəsadlarla bağlı rayonda olarkən görüşdüyü insanların arasında bu yeniyetmə oğlan da var idi. H.Əliyev görüş zamanı onun parlaq, işıqlı gələcəyinin olduğunu vurğulamışdı. Ötən il sanatoriyada bu fikri vurğulayanda, görüşdən maraqla, şövqlə danışanda ona heyran qaldım. Həmin cavan və bu gün 77 yaşlı şəxsiyyət, hamının İsmayıllıda əsl ağsaqqal kimi qəbul və hörmət etdiyi Yaşar Nuriyevdir.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Əslində o, uşaq, yeniyetmə çağlarından seçilib. Bu yeniyetmə oğlan ailədə xeyli iş görüb, eyni zamanda orta məktəbdə də yaxşı oxuyub. Müəllimlərinin sevimlisi olub. Ulu Yaradan ona insana lazım olan dərin zəka, normal qamət, gözəl sima, yaxşı natiqilik qabiliyyəti, yaxşı melodik səs, yaxşı yaddaş, yaxşı zəka vermişdi. Məhz buna görə də yaşıdlarından dərhal fərqlənib.
… Bəli, orta məktəb illəri də Yaşar Nuriyev üçün yel kimi hiss olunmadan gəlib keçdi…
ŞƏRƏFLİ ÖMÜR SAHİBİ YAŞAR MÜƏLLİM

Yaşar Sovqat oğlu Nuriyev 25 oktyabr 1947-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində ziyalı ailəsində doğulub. 1965-ci ildə Kürdmaşı kənd orta məktəbinin on birinci sinfini bitirib. 1967-ci ildə V. İ. Lenin adına APİ-nin biologiya fakültəsinə daxil olub və 1971-ci ildə bitirib. Təhsil aldığı illərdə ictimai işlərdə fəal iştirak edib, “Gənc müəllim” qəzetinin ştatdankənar muxbiri olub.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

1971-ci ildə əmək fəaliyyətinə İsmayıllı RKK-də məktəbli gənclər söbəsinin müdiri kimi başlayıb. Az sonra ordu sıralarına xidmətə gedib, 1972-1973-cü illərdə hərbi borcunu yerinə yetirib.
1973-cü il iyun ayında İsmayıllı RKK-nın ikinci katibi, 1975-ci ildə birinci katibi, 1977-ci ildə İsmayıllı RPK Siyasi maarif kabinetinin müdiri vəzifələrində çalışıb. Həmin ilin sentyabrında Bakı Ali Partiya Məktəbinə daxil olub, 1979-cu ildə bitirib. 1979-1981-ci illərdə İsmayıllı RPK-nın təşkilat şöbəsinin müdiri, 1981-1983-cü illərdə İsmayıllı rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb.
1983-1993-cu illərdə rayon gənc təbiətçilər stansiyasının direktoru, 1993-2010-cu illərdə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin direktoru, 2011-2014-cü illərdə rayon ekoloji tərbiyə və təcrübəçillik mərkəzinin direktoru işləyib.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

2001-2005 - ci illərdə YAP İsmayıllı rayon təşkilatının sədr müavini olub. YAP-ın II, III qurultaylarının nümayəndəsi seçilib. Dörd dəfə rayonumuzu XTHS-də təmsil edib, sərginin gümüş medalı və 150 manat pul mükafatına layiq görülüb.
O, 1986-cı ildə Azərbaycanın “Xalq təhsili əlaçısı”, 2008-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Ona 2005-ci ildə “İlin direktoru” adı verilib. 2022 -ci ildə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunub.
Yaşar Nuriyev vəfalı, sadiq ailə başçısıdır, 1974-cü il oktyabrın 27-də, 50 il əvvəl ailə qurub. 3 oğlu, 7 nəvəsi var. Həyat yoldaşı Südabə xanım tibb işçisi olub. Təqaüdçüdür.
Nəvələrı Nuran Nuri Dövlət Gömrük Akademiyasının, Nuranə isə ADPU-nun tələbəsidir.
HAMININ SEVİMLİSİ YAŞAR MÜƏLLİM…

Yaşar müəllimin sovet hökuməti dövründəki işi barədə yox, müasir zamanımızda cəmiyyətə gərəkli sahə hesab edilən təhsildəki fəaliyyəti barədə bəhs etmək istəyirəm. Hansı sahədə çalışmasından asılı olmayaraq öz işinə məhəbbəti və illərin təcrübəsi sayəsində əldə etdiyi uğurlar, qazandığı hörmət, el sevgisi hər kəsi valeh edə bilər. Hamı ona inanıb. Çünki biliblər ki, Yaşar müəllim onların inamını doğruldacaq. O, müxtəlif vəzifələrdə çalışdığı dövrdə təkcə kollektivin yox, ətrafdakıların da inamını qazanıb.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Təkcə onu deyə bilərəm ki, nə az, nə çox, düz 17 il direktoru olduğu İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində həm kollektivin, həm də məktəblilərin sevimlisinə çevrilmişdi. Şagirdləri onu ilk gündən sevməyə başlamışdılar. Çünki Yaşar müəllim yaxşı bilrdi ki, əhatəsindəki insanların sevimlisi olmaq üçün əsl müəllim yaxşı ziyalı kimi hörmət qazanmalı, onun daxilində həm aktyorluq qabiliyyəti, həm böyük natiqlik bacarığı, həm böyük söz ehtiyatı olmalı və həm də insan psixologiyasını dərindən, yaxşı bilməlidir. Bəli, o, əsl fitri istedadlı müəllim idi. Bunu təkcə məktəb direktorları yox, həmçinin rayon təhsil şöbəsinin rəhbərliyi də ilk günlərdən gördü və duydu.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Yaşar müəllim arxasız, dayaqsız, heç bir yüksək rütbəli qohumu olmayan insançün az bir vaxtda yüksəlməyin elə də asan olmadığını gözəl bilirdi. Bunu isə özünün ağlı, savadı, təşkilatçılığı, yüksək erudisiyası, insanlarla tez dil tapması ilə sübut elədi.
Heç vaxt yıxılmayan, əyilməyən, sınmayan, ayaqları üstündə möhkəm duraraq iradə və əzmkarlıq, mübarizlik, mətinlik göstərən qəhrəmanımız burada da özünün mətinliyini, prinsipiallığını, savadını, biliyini və təşkilatçılıq qabiliyyətini göstərdi.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Bəli, mənim qəhrəmanım elə böyük şəxsiyyətdir ki, qarşısına hansı məqsədləri qoyubsa, onlara tam nail olub. Çünki o, lap uşaq yaşlarından bu ruhda köklənib. İndi də ağsaqqallıq və müdriklik həyatını yaşayır və yüzlərlə ağsaqqalı ardınca aparır. Hətta İsmayıllıdan uzaqda olan ağsaqqallarla, ziyalılarla tez-tez əlaqə saxlayıb, onların işləri, problemləri ilə maraqlanır. 14 günlük sanatoriya həyatımda Yaşar müəllimdə olan bu böyük enerjiyə, təşkilatçılığa həsəd apardım.
HƏR KƏSİN KÖNLÜNÜ ALAN YAŞAR MÜƏLLİM

İsmayıllının, qorxmadan deyərdim ki, Şirvan elinin dərin məhəbbətini qazanmış ürək adamıdır. Onu uzun müddət tanıyanlar deyirlər ki, onu gecəli-gündüzlü tər axıdan, ömrünü zəhmətlə əridən, adamların əllərinin qabarına məlhəm qoyan, onlara mənəvi-insani kömək göstərən, zəhmət adamlarının dərdinə qalan və onların könlünü ürəklə, dəyərli məsləhətləri, səmimi münasibəti ilə alan fədakar, görkəmli pedaqoq, mehriban, qayğıkeş insan kimi seviblər, hörmət ediblər.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Mənalı, kişi kimi ömür sürmək, öz zəhmətilə qurduğu həyatdan zövq alaraq yaşamaq bu keyfiyyətə malik olan hər kəsin haqqıdır. Yaşar Nuriyev belə əməl sahiblərindəndir.
Əziz dostum Yaşar müəllim mehriban insan, sədaqətli dost, qayğıkeş ailə başçısıdır. Onun ömür-gün dostu Südabə xanım düz 50 ildir bütün ömrünü ərinə, uşaqlarına həsr edib. Özləri kimi mehriban, ləyaqətli övlad böyüdüb cəmiyyətə qoşub, ev-eşik ediblər. 3 oğlunun hər biri ali təhsillidir.
Onların 50 il birlikdə şad-xürrəm yaşamaları, nümunəvi ailə olmaları bugünkü nəslə, gənc ailələrə əsl nümunədir. Guya onların dövründə çətinlik olmayıb? Giya onlar problemlərlə rastlaşmayıblar? Amma bunlara baxmayaraq onlar dözüblər, həyatda düzgün mövqe tutaraq ailəni bu səviyyəyə çatdırıblar. El dilində uzunmüddətli belə ailəliyə “Qızıl toy” deyirlər. Və bugünkü ailələrə belə xoş münasibət, möhkəm ailə körpüsü arzulayıram.
Onların hər ikisi elə bunun üçün də böyük ehtirama layiq insandır. Öz xalqına bütün varlığı ilə bağlanan, onun arzu və istəkləri, ümid və
dərdləri ilə yaşayan şəxsiyyətlər yaşadıqca ucalırlar.
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Yaşar Nuriyev isə heç vaxt təkcə özü üçün yaşamayıb. O, başqalarının sevincinə və kədərinə şərik olub, başqalarının həyat yollarında irəliləmələrinə kömək edib, xalq səadəti üçün əlindən gələni əsirgəməyib.
ELİN AĞSAQQALI YAŞAR MÜƏLLİM

Əzizimiz Yaşar müəllim!
Mən sizi uca, dərin köklü palıd ağacına bənzədirəm. Palıd ağacı bütün ağacların şahı, hər fırtınaya, tufana dözəni sayılır. Siz də 77 illik həyatınızda bütün fırtınalara, dərdlərə, faciələrə, fəlakətlərə mərdliklə, mətanətlə dözüb, bizim aramızda palıd rəmzi kimi qalıbsınız. İnanıram ki, bundan sonra da belə qalacaqsınız. Ulularımızın ağsaqqal haqqında belə bir maraqlı fikri var: “Əsl ağsaqqal evin yox, elin ağsaqqalı, müdrik insanı, hamını özünün dərin biliyi ilə ardınca aparan böyük şəxsiyyət olmalıdır. Evin ağsaqqalı olana isə sadəcə yaşlı adam demək olar”. Siz də lap cavanlıq yaşlarınızdan elin ağsaqqalı müqəddəs rütbəsini qazanıbsınız. Bu, zaman-zaman özünün təsdiqini tapıb.
Allah öz istəkli bəndələrinin hamısına kaş sizin kimi dost bəxş edəydi. Çox yaşa, gözəl insan, ürək adamı!
Dərin hörmətlə:
Daşdəmir ƏJDƏROĞLU


Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR
Portretdən cizgilər ... ÜRƏK ADAMI  - FOTOLAR

Son xəbərlər

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930