TƏHSİL MƏCNUNU - FOTOLAR
“Ziyalı o deyil ki, savadlıdır, o adamdır ki, keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin”.
Volter

Təhsili dövlətin, ölkənin, cəmiyyətin fəaliyyətinin mühüm bir sahəsi, millətin gələcəyi hesab edən Ümumilli Liderimiz Heydər Əliyev deyirdi: “Mən dünyada müəllim adından yüksək ad tanımıram”. Və eyni zamanda deyirdi ki, cəmiyyət haradan olur-olsun, nədən olur-olsun, kəsib təhsilə, müəllimə xərcləməlidir.

Ulu öndərimizin layiqli varisi, möhtərəm Prezident İlham Əliyev də təhsil sahəsində Ulu Öndərin siyasətini bu gün uğurla davam etdirir. Təhsil işçiləri dövlətin təhsilə və müəllimlərə qayğısını, müəllim əməyinin yüksək qiymətləndirilməsini hər zaman hiss ediblər. Təhsil sahəsində uğurlu islahatların aparılması, insan kapitalının inkişafında mühüm rol oynayan, cəmiyyətdə həmişə aparıcı qüvvə olan müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər göz önündədir. Zaman-zaman imzalanan sərəncamlar eyni zamanda möhtərəm Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi davamıdır.

***

Hər dəfə onu xatırlayanda, yaxud hansısa məclisdə onun haqqında söz düşəndə yadıma ilk düşən Volterin yuxarıdakı dahiyanə fikri olur. Və düşünürəm ki, görəsən niyə bəzən hər əlidiplomluya ziyalı deyirik. Bəyəm, ali təhsilli olmaq ziyalı olmaqmı deməkdir? Əslində ziyalı kimdir? Bəli, ziyalı, Volterin də dediyi kimi, təkcə savadlı olan yox, “keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə” biləndir. Cəmiyyətdə özünü təsdiq edən, hər məclisdə yuxarı başda yeri görünən, sözünə-söhbətinə, dəyərli məsləhətlərinə, ağsaqqal öyüd-nəsihətlərinə ehtiyac duyulandır.

Onu cəmi 3-4 dəfə görmüşəm. O da xeyir-şər məclislərinə təsadüf edib. Söhbət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, "Riyaziyyat və kompüter elmləri kafedrası"nın baş müəllimi Çingiz Zəbhulla oğlu Dadaşovdan gedir. Çingiz Dadaşov mənim üçün məhz “keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə” bilən ziyalılardan olub. Onu respublikamızda elmi ictimaiyyət arasında nüfuzlu bir pedaqoq olmaqla yanaşı, həm də bütöv bir şəxsiyyət kimi tanımışam. Elə bir şəxsiyyət ki, təkcə bir kəndin, bir el-obanın yox, bütövlükdə millətin ziyalısı kimi tanınıb, pedaqoq, müəllim kimi öz hücrəsinə qapılıb qalmayıb, cəmiyyətdə baş verənlərə hər zaman özünəməxsus təmkinli münasibəti ilə seçilən təhsil işçisidir. Sözün əsl mənasında, xalq elçisi – millət vəkili olmasa da, xalqın elçisi olub. Millət və dövlət üçün taleyüklü məsələlərdə sözünü hər zaman cəsarətlə deyib.
Məqamında sözünü deyib. Haqqın, haqlının yanında olub, haqq sözü mərdanə deyib. Hər bir işdə peşəkarlıq nümunəsi göstərib.Özüm də ixtisasca pedaqoq, müəllim olmasam da, hər halda bu sahəyə müəyyən qədər bələdçiliyim var, Çingiz müəllimin Azərbaycanın ali təhsil sahəsindəki yerini və sanbalını yaxşı bilirəm.

Çingiz Dadaşovu görkəmli pedaqoq və peşəkar ali məktəb müəllimi kimi yüksək dəyərləndirən “Azərbaycan bayrağı” qəzetinin təsisçisi və baş redaktoru Akif Rzayev haqlı olaraq söhbətlərinin birində demişdi: “Çingiz Dadaşov Azərbaycan təhsilinin inkişafında, eyni zamanda gənclərin doğru istiqamətdə yetişmələrində, düşüncələrinin irəliyə getməsində, vətəndaş cəmiyyətində kimin kim olduğunu ictimaiyyətə tanıtmaqda obyektiv mövqeyi olan bir ziyalıdır”.

“Carçı” TV-nin rəhbəri Rahib Kərimlinin də fikri maraqlıdır: “Çingiz Dadaşovun bir müəllim kimi keçdiyi ömür yolunda yazıb-yaratdıqlarından, yetişdirmələrindən sadalamaq istədiyim nümunələr olsa-olsa bu zəhmətkeş pedaqoqun hər kəsə qismət olmayan zəngin bioqrafiyasının ayrı-ayrı səhifələrindən seçmələr, nümunələr ola bilər. Və o da bir qəzet, kitab səhifələrinə sığmaz. İnanıram ki, onun pedaqoq kimi keçdiyi ömür yolundan bəhs edən neçə-neçə elmi əsərlər yazılacaq. BU da onun sanballı bir ziyalı olduğuna dəlalət edir”. Vaxtilə kollecdə müəllim işləmiş Qəzənfər Hüseynovun düşündükləri də maraqlıdır: “ Çingiz müəllim sadə insanların dostu, şair qəlbli bir adam, əsl könül aşiqidir. Onun tələbələri bu gün ölkəmizin mühüm postlarında çalışır, öz müəllimlərinin adını şərəflə doğruldur, müəllimlərindən əxz etdiklərini təcrübədə tətbiq edirlər. Müəllim üçün bundan böyük fəxarət ola bilərmi?”

“Hər bir fərdin sırf özünəməxsus ömür payı var. İnsan həmin ömür yolunu elə keçməlidir ki, baxanlar orada qoyulan izlərin xeyirxahlıq və qüdsiyyət çəkisini görə bilsinlər. Görüb qiymətləndirsinlər. Qiymətləndirib onu gələcək nəsillərə ərməğan versinlər. Qardaşım Çingiz də belə insanlardandır. Onun elmi, ziyası qarşısında həmişə baş əymişəm və bu gün fəxr edirəm ki, Çingiz müəllim mənim qardaşımdır. O bizim nəslə, Zəbhulla kişinin oğlu kimi həmişə şərəf gətirib. Fürsətdən istifadə edib ona bu şad günündə ən xoş arzularımı bildirirəm”. Bu da “Turaztv.az” saytının rəhbəri, “Ədalət və həqiqət” qəzetinin baş redaktoru Cəmil Dadaşovun ürək sözləridir.

Bu yazımda elə bir insan haqqında söz açıram ki, özünəməxsus ömür payını təkcə özu üçün yaşamayıb. Həmin şəxs ömür yolunu elə keçib ki, onun izlərinin xeyirxahlıq çəkisinin ağırlığı heç bir tərəziyə sığan deyildir. Onu qiymətləndirməyə cəhd ediblər və gələcək nəsillərə ərməğan qoyublar.

Bu yazımın əvvəlində dövlətin təhsilə, bu sahədə çalışan fədakar insanlara verdiyi dəyərdən, göstərdiyi qayğıdan söz açdım. Və sonunu da həmin ovqatla başa çatdırıram. Gələcəyimizin daha etibarlı və inamlı olmasına göstərilən qeyd etdiyim qayğı təhsil işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Axı, gənc nəsil məhz müəllim zəkasının nurundan güc, qüvvət alır, təhsil prosesi müəllim zəhməti sayəsində cəmiyyətin inkişaf amilinə çevrilir. Belə müəllimlərdən biri də ziyalıları “Təhsil Məcnunu” kimi tanıdıqları Çingiz Zəbhulla oğlu Dadaşovdur. Sentyabrın 28-də onun ad günüdür. Mən də ona səmimi hiss və duyğularımı bu yazı və aşağıdakı misralarla çatdırmaq istədim.


İnsan ucalığı yanında bəzən,
Ən ulu dağlar da təpə kimidir.
Qardaşım, sənə bu şöhrəti verən,
Ulu Şirvanının sazı, simidir.

Sənə "Dağlaroğlu" dedi millətin,
Bu sözdən rəng aldı damarda qanın.
Sən bütöv amallı, məğrur və mətin,
Bütöv bir oğlusan Azərbaycanın.

Şərəfli, şanlıdır müəllim adın,
Sənüzüağ, alnıaçıq yaşadın.
66-nı adladın, 100-nü görək,
Sevinsin yaxının, sevinsin yadın.


Hörmətlə:Daşdəmir ƏJDƏROĞLU,
Azərbaycan qəzetinin məsul işçisi.

TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR
TƏHSİL MƏCNUNU - FOTOLAR

TƏHSİL MƏCNUNU - FOTOLAR

Son xəbərlər

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930